Meydan TV APA-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Əkbər Əjdər oğlu Əliyev ürək çatışmazlığından vəfat edib.
Digər xəbərə görə isə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsinin 19 yaşlı Xaqani Manaf oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəşlə yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, X. Hüseynov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Xatırladaq ki, 2014-cü ildə həlak olan hərbçilərimizin sayı 6-a yüksəldi.