Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Hərbi hissənin əsgəri, 1995-ci il təvəllüdlü Rüstəm Firudin oğlu Quliyev tabeliyindəki silahla özünü vuraraq intihar edib.
Baş vermiş hadisə ilə bağlı Hərbi Prokurorluq cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, mərhum 2013-cü ilin aprel ayında Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Bu son 2 həftə ərzində intihar edən üçüncü əsgərdir.