Daha bir əlil özünü yandırdı

İkinci qrup əlil, 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov üzərinə benzin tökərək intihara cəhd edib.

Yevlax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, ikinci qrup əlil, 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov üzərinə benzin tökərək intihara cəhd edib.

Nizami Kərimov gövdənin ön tərəfi, kürək nahiyəsinin ümumi yuxarı ətrafları – ümumilikdə bədənin 50% termiki yanığı ilə xəstəxanaya yerləşdirilib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, əlil özünü Sosial Müdafiə Fondunun qarşısında yandırıb. Qeyd olunur ki, Nizami Kərimov ona ayrılan sosial yardımı ala bilmədiyinə görə intihara cəhd edib.

Ana səhifəXəbərlərDaha bir əlil özünü yandırdı