Daha bir cəbhəçi söyüş söydüyü üçün 20 sutka azadlıqdan məhrum olundu

“Məhəmməd Mirzəli 2-3 gün idi izlənilirdi, ailəsi həbsi siyasi fəaliyyətilə əlaqələndirir”

Source:


“Məhəmməd Mirzəli


2-3 gün idi izlənilirdi, ailəsi həbsi siyasi fəaliyyətilə əlaqələndirir”

AXCP Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli 20 sutka inzibati həbs cəzasına məhkum edilib. Xəbəri partiyanın yerli təşkilatı yayıb.

Yerli şöbə bildirir ki, Məhəmməd Mirzəli Bakı-Qazax yolunun Göyçaydan keçən hissəsində yolun kənarı ilə gedirmiş. Onu izləyən Göyçay Post Patrul Xidmətinin (PPX) əməkdaşları Məhəmməd Mirzəlini saxlayıblar ki, nə üçün yol ilə gedir: “Mirzəli cavab verib ki, səki olmadığından yolun kənarı ilə getməyə məcburdur. Bundan sonra PPX əməkdaşları onu rayon polis şöbəsinə aparıblar. Şöbədə onun guya ictimai yerdə söyüş söydüyü və polisə müqavimət göstərdiyi rəsmiləşdirilib. Daha sonra onu rayon məhkəməsinə aparıblar”.

AXCP üzvünün ailəsi həbsini onun ictimai-siyasi fəallığı ilə bağlayırlar.

Göyçay polis idarəsindən Azadlıq Radiosuna bildiriblər ki, Məhəmməd Mirzəli polisin qanuni tələblərinə tabe olmamaqda suçlu bilinib və məhkəmə onu 20 sutka azadlıqdan məhrum edib.

Ailəsindən isə xəbər veriblər ki, Məhəmməd Mirzəlini 2-3 gün imiş tanımadığı adamlar izləyirmiş. Ailəsi güman edir ki, həbsi Məhəmmədin ictimai-siyasi fəallığı ilə bağlıdır. Fəallıq etməməsi üçün ona xəbərdarlıq da olunubmuş.

Ana səhifəXəbərlərDaha bir cəbhəçi söyüş söydüyü üçün 20 sutka azadlıqdan məhrum olundu