Daha 8 kənd işğaldan azad edildi

Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir neçə kəndinin geri alındığı bildirilir

Source: Meydan TV


Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir neçə kəndinin geri alındığı bildirilir

Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə

Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.

1 aydan çoxdur davam edən hərbi əməliyyatlar nəticəsində 4 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı; 3 qəsəbə – Hadrut, Mincivan, Ağbənd və xeyli sayda kənd azad olunub.

Ana səhifəSiyasətDaha 8 kənd işğaldan azad edildi