Ölənlərin hamısı “Rasus Kimya Hatay” klubunun oyunçularıdır
Daha dörd voleybolçu Türkiyədəki zəlzələ nəticəsində həlak olub. Bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.
“Rasus Kimya Hatay” klubunun oyunçularından Gözde Öztürk, Dilek Mucuk, Ahsen Baş və İrem Kurtoğlu zəlzələ qurbanlarıdır.
Daha əvvəl də bir neçə voleybolçu zəlzələ nəticəsində ölmüşdü. Onlardan ikisi Türkiyənin “Adıyaman Gənclərbirliyi” klubunun, 16 nəfər isə Şimali Kiprə məxsus qızlardan və oğlanlardan ibarət voleybol komandasının üzvləri idi.
Son məlumata görə, Türkiyədəki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb.