Əsgər Vidadi Abdullayev hərbi hissədə güllə yarası alıb
Zaqaladan həqiqi hərbi xidmətə çağırılan, 1995-ci il təvəllüdlü Vidadi Faiq oğlu Abdullayev xidmət etdiyi Goranboy rayonunda yerləşən hərbi hissədə aldığı güllə yarasından dünyasını dəyişib.
Mərhum əsgər sentyabrın 24-də doğulduğu Zaqatalanın Domba Binə kəndində dəfn olunub.
Bu barədə Meydan.TV-yə məlumatı mərhumun yaxınları verib.
İkinci müəmmalı əsgər ölümü Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə olub. Quba rayonundan hərbi xidmətə çağrılan Baxışov Tural əsgər yoldaşı, Beyləqan rayonundan hərbi xədmətə çağrılan Nicat Əşrəfzadəni güllələyib. Nəticədə Nicat Əşrəfzadə aldığı güllə yarasından ölüb.
Müdafiə Nazirliyi hələlik baş verən olayları təsdiqləməyib.