Məhsulun geri qaytarılmasına almalarda zərərvericisi hesab edilən şərq alma qurdunun tapılmasına dair rəyi səbəb olub
Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Xidmətinin məlumatına görə, Azərbaycandan Dağıstana 18 ton təzə almanın ixracının qarşısı alınıb.
Məhsula Rusiya-Azərbaycan sərhədində, “Yaraq-Qazmalar” beynəlxalq avtomobil buraxılış məntəqəsində “Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsinin müfəttişləri qadağa qoyub. Məhsulun geri qaytarılmasına Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialının almalarda karantin zərərvericisi hesab edilən şərq alma qurdunun (Grapholitha molesta Busck) tapılmasına dair rəyi səbəb olub.
Ötən mövsümdə Azərbaycandan Rusiyaya bu ölkəyə Qərbin sanksiyaları fonunda 50 min ton alma ixrac edilib. Nəticədə yerli bazarda alma iki dəfə bahalanmışdı. (“Turan” İA)