D18 parlament seçkilərinə hazırlaşır(VİDEO)

Aprelin 18-də Vətəndaş Həmrəyli Partiyasının qərargahında D18 Hərəkatı 2015-ci il parlament seçkiləri ilə bağlı tədbir keçirib. Tədbirdə D18-in başqanı Ruslan İzzətlinin seçkidə iştirakı ilə bağlı video-rolik təqdim olunub. Hərəkatın başqan müavini Elmin Həmzə bildirib ki, builki parlament seçkilərinə hərəkat iki namizədlə gedir:

“D18 Hərəkatı da digər siyasi qurumlar kimi, builki seçkilərdə iştirak edəcək. Hərəkatın hələ ki, 2 namizədi var. Biri sayın başqanımız Ruslan İzzətli, digəri isə 120 saylı Cəbrayıl –Qubadlı seçki dairəsindən mən Elvin Həmzə”

Hüquqşünas Samirə Ağayeva bildirib ki, Hərəkat “Alo,Xətai” kampaniyasına başlayaraq, vətəndaşlara hüquqi yardım göstərmək niyyətindədir:

 “ “Alo, Xətai” kampaniyasının adı ilk olaraq Ruslan bəyin namizəd olduğu Xətai rayonunun adı ilə bağlıdır. Lakin bu, o demək deyil ki, başqa rayonlardan olan vətəndaşlar bizə müraciət edə bilməzlər”.

 Real Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, 2015-ci parlament sekçilərinə getmək üçün cumhuriyyətçilərin təşəbbüs qrupu yaradılacaq:

“Və bu təşəbbüs qrupunda D18-in namizədləri də, REAL Hərəkatının və danışıqların getdiyi digər müstəqil nazmizədlər də təmsil olunacaq. İlkin olaraq onu dyə bilərəm ki, ən azı 30-35 dairədən namizədlərimiz olacaq”.

Jurnalist Aynur İmranova D18-in uğur qazanacağına inandığını deyib:

“Gəncliyə, yeniliyə çox ehtiyac var. Azərbaycana, millətimizə və dövlətimizə sadiq qüvvələrə çox ehtiyac var. Mən inanıram ki, gənclər bunu gətirəcəklər. Və mən inanıram ki, D18 Hərəkatı bu prosesə çox əhəmiyyətli bir töhfə verəcək”.

Sonda çıxış edən D18-in başqanı Ruslan İzzətli liderlər ətrafında deyil, ideyalar ətrafında birləşdiklərini açıqlayıb: “Biz fərqli düşüncənin, fərqli baxışın prosesdə olmasını istəyirik. Biz D18 olaraq, fərdlər ətrafında birləşməyin, liderlər ətrafında birləşməyin yox, ideyalar, tezislər ətrafında birləşməyin tərəfdarıyıq”.

Ana səhifəVideoD18 parlament seçkilərinə hazırlaşır(VİDEO)