“D18” iki yaşını qeyd etdi (VİDEO)


D18 Hərəkatı 18 mart 2013-cü il tarixində bir qrup gənc tərəfindən yaradılıb

Martın 18-də “Demokratiya 1918”  Hərəkatı 2 yaşını qeyd edib. Hərəkatın sədri Ruslan İzzətli ötən ildə gördükləri işlərdən danışıb.

Tədbirə jurnalistlərlə yanaşı, siyasi partiya üzvləri və ictimaiyyət nümayəndələri də qatılıb.

D18 Hərəkatı 18 mart 2013-cü il tarixində bir qrup gənc tərəfindən yaradılıb. Hərəkatın məqsədi Cümhuriyyət dəyərlərini təbliğ etmək, vətəndaşların hüquqların qorumaq, azad, demokratik ölkənin yaradılmasıdır.

Ana səhifəVideo“D18” iki yaşını qeyd etdi (VİDEO)