D18 Hərəkatı müxalifətə birləşməyi təklif etdi

“Siyasi qurumların fərdi şəkildə addım atacağı təqdirdə heç bir müsbət nəticə əldə edə bilməyəcək”

Source:
D 18
D 18

“Siyasi qurumların fərdi şəkildə addım atacağı təqdirdə heç bir müsbət nəticə əldə edə bilməyəcək”

D18 Hərəkatı Konstitusiya Məhkəməsinin Referendum Aktı ilə bağlı qərarını pisləyir. Qurum bununla bağlı çağırış edib.

Meydan TV-yə daxil olan çağırışda deyilir: “Hakimiyyət artıq kral üsul-idarəsi yaradır. Keçiriləcək referendum Cümhuriyyət dəyərlərinin məhv edilməsidir. Parlamentin funksiyası, mülkiyyət hüququ, prezidentlik idarəetməsinin sərtləşdirilməsi ölkəmizin gələcəyini sual altına qoyur. Biz D18 Hərəkatı olaraq hesab edirik ki, hakimiyyətin atdığı antidemokratik addımların qarşısını almaq üçün müxalifət və ziyalılar bir arada birləşməlidir. Siyasi qurumların fərdi şəkildə addım atacağı təqdirdə heç bir müsbət nəticə əldə edə bilməyəcək. Hakimiyyətin antikonstitusion addımına qarşı cəsarət göstərib etiraz edən hər bir şəxs bir çətir altında birləşib, xalqın qarşısına çıxmalıdır. Biz ölkəmizin bu ağır durumunda “kim yaxşı müxalifətdir?” və ya “yeganə müxalifət bizik” davasını aparıb bölücülük siyasətindən əl çəkməli, birləşib Cümhuriyyət dəyərlərini qorumalıyıq.

Ölkəmizin bu anında birləşməyəcəyimiz təqdirdə nə tarix, nə də xalq bizi bağışlayacaq”.

Ana səhifəXəbərlərD18 Hərəkatı müxalifətə birləşməyi təklif etdi