Cümhuriyyət yürüşünə polis müdaxilə etdi

28 mayda Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə vətəndaş cəmiyyəti və REAL Partiyasının üzvləri yürüş təşkil ediblər.

İçərişəhər metrosundan başlayan yürüş Bakı Bulvarında sona çatmalı idi. Amma Nizami küçəsində (Tarqovı) polislər yürüş iştirakçılarının qarşısını kəsiblər. Onlar təşkilatçılara bildiriblər ki, yürüş üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almayıblar. Polis əməkdaşları Cümhuriyyət dövrünün siyasi xadimlərinin plakatlarını yığışdırıb toplu halda yürüş etməməklə tədbirin davam etməsinə razılıq veriblər.

Yürüş iştirakçıları parçalanaraq ayrı-ayrılıqda bayraqlarla Bakı Bulvarına üz tutublar.

Ana səhifəVideoCümhuriyyət yürüşünə polis müdaxilə etdi