“Çudo Peçka” müştərilərə şirin anlar bəxş etsə də, işçilərinin yaddaşında acı xatirələr buraxıb. Onlar 8 aydır maaş almadıqlarını deyirlər. 30-a yaxın adam “Çudo Peçka”nın baş ofisinin önünə toplaşaraq, etiraz ediblər.
Etiraz edənlər deyir ki, onlar işlədikləri müddətdə hələ tam maaş almayıblar. Şirkətin müxtəlif filiallarında işləyənlər son ünvanları – “Çudo Peçka”nın sahildəki filialı bağlanandan sonra da işsiz qalırlar. İşdən çıxarılarkən onlara nə qədər maaş alacaqlarını bildirən vərəqə verilib. Maaşlarını tələb edənlər deyir ki, mağazada 1500-1700 manatlıq alver olurdu.
8 aydır maaşlarını almayan işçilər yaxınlıqdakı 5-ci polis bölməsinə “Çudo Peçka” rəhbərliyindən şikayət veriblər. Polis bölməsindən onlara məhkəməyə müraciət etmələri tövsiyə olunub.
“Çudo Peçka” rəhbərliyi mətbuata açıqlamasında bildirib ki, şirkət böhran yaşayır. Onlar işçilərin gecikmiş maaşlarının yaxın günlərdə veriləcəyini vəd ediblər.
Ancaq “Çudo Peçka”nın keçmiş əməkdaşları mübarizəni dayandırmırlar. Onlar sabah Milli Məclisə üz tutucaqlar.
Kanalımıza abunə ol, daha çox video izlə –
https://goo.gl/TcM9Fm