Virusa yoluxanların sayı 128 oldu
Sentyabrın 27-də Azərbaycanda 128 adam COVİD-19 infeksiyasına yoluxub, 132 nəfər sağalıb, 1 xəstə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yaylb. Operativ qərargah bildirib ki, Azərbaycanda indiyə qədər 40 min 23 nəfər yeni koronavirus infeksiyasına yoluxub:
"Onlardan 37 min 655 nəfər müalicə olunaraq sağalıb, 586 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1782 nəfərdir.
Eyni zamanda, ötən müddətdə 1 milyon 102 min 401 testin aparıldığı xatırladılıb: "Bugünkü test sayı isə 6858-dir".