Çörəyin qiyməti artmayacaq

Source:

İstehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyindən “Turan İA”-a bildirilib ki ki, aidiyyəti dövlət qurumlarının həyata keçirdiyi tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb.

Bu isə çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir.

Ana səhifəXəbərlərÇörəyin qiyməti artmayacaq