“ABŞ prezidenti Co Baydenin administrasiyası Tehrana qarşı yeni sanksiyaların yeridilməsi ehtimalını nəzərdən keçirir”
“Hromadske”nin xəbəri
Ağ Ev pilotsuz uçuş aparatlarından hücuma dəstək üçün İran qoşunlarının Krımda yerləşdirildiyini təsdiqləyib.
Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi söyləyib, – “Associated Press” xəbər verir.
O deyib ki, İran Rusiya qoşunlarına İran istehsalı olan pilotsuz uçuş aparatlarının Ukraynaya qarşı buraxılmasına kömək məqsədilə az sayda hərbçilərini Krıma göndərib.
“Əlimizdə olan məlumata görə, iranlılar instruktor və texniki dəstəyi Krımda yerləşdiriblər, ruslar isə piotlaşdırmanı gerçəkləşdirirlər”, – Kirbi məsələyə aydınlıq gətirib.
Spiker əlavə edib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Tehrana qarşı yeni sanksiyaların yeridilməsi ehtimalını nəzərdən keçirir və İranın Rusiyaya bu cür silahları satmasının mürəkkəbləşdirilməsi yollarını axtaracaq. ABŞ kəşfiyyatının açdığı məlumatlar göstərib ki, ruslar avqust ayında İrandan pilotsuz uçuş aparatlarını aldıqdan dərhal sonra texniki problemlərlə üzləşib.
“Sistemlərin özündə boşluqlar olub və görünür, müştərilərin gözlədiyi standartlara uyğun işləməyib. Odur ki, iranlılar rusların həmin silahlardan ən yaxşı şəkildə yararlana bilməsi üçün bir neçə instruktor və müəyyən texniki dəstək göndərmək qərarına gəlib”, – Kirbi deyib.
Dronlarla zərbələrİran müharibə başlayandan bəri açıq-aşkar neytrallıq nümayiş etdirib və atəşin dayandırılması, münaqişənin siyasi-diplomatik yolla nizamlanması tərəfində çıxış edib. Lakin ölkə rus qoşunlarını öz dron-kamikadzeləri ilə təchiz edir ki, işğalçılar da həmin silahlardan son zamanlar Ukraynada fəal şəkildə istifadə edirlər.
İran Rusiya qoşunlarına silah tədarükü ilə bağlı ittihamları rəsmi şəkildə inkar edir, işğalçılarsa İran qurğularını “Geran-2” rus adı ilə ört-basdır etməyə çalışır.
İranlı məmurlar İranın Rusiyaya əlavə pilotsuz uçuş aparatları və “Zemlya-zemlya” ballistik raketləri ötürmək planlarını anonim olaraq (Reuters üçün) təsdiqləyib. Onlar həmçinin silahın ötürülməsinin BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu inkar edir və bəyan edirlər ki, pilotsuz uçuş aparatlarından harada istifadə olunması ”satıcının problemi deyil”.