Con Bolton: İlham Əliyevlə görüşdə insan haqlarına dair məsələlərə toxundum

”Düşünürəm ki, biz Azərbaycandan, Azərbaycan da bizdən çox şey öyrənə bilər”

Source:
Con Bolton
Con Bolton


”Düşünürəm ki, biz Azərbaycandan, Azərbaycan da bizdən çox şey öyrənə bilər”

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oktyabrın 24-də ölkəsinin Bakıdakı səfirliyində mətbuat konfransı keçirib.

Azərbaycanda ilk dəfə olduğunu söyləyən Con Bolton prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüyünü deyib.

Con Bolton bu görüşlərdə çox geniş çeşidli məsələləri müzakirə etdiklərini bildirdi:

“Biz Dağlıq Qarabağ münaqişəsini və İrana dair məsələləri müzakirə etdik. İranın göstərdiyi davranışlardan çəkindirmək cəhdlərinin gücləndirilməsi sahəsində və Tehranın nüvə silahlarının işlənməsi barədə müzakirələr apardıq. Bundan əlavə, dövlətlərimiz arasındakı iqtisadi münasibətlərə, Cənub Qaz Dəhlizinə xüsusi toxunduq. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq enerji bazarlarında oynadığı mühüm rolu nəzərdən keçirdik. Azərbaycanın bu minvalda öz faydalı rolunu davam etdirməsi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropa bazarlarının alternativ enerji təminatçısı rolunu oynayır. Eyni zamanda, ABŞ və Azərbaycan hökumətləri arasında olan tərəfdaşlıq məsələlərini müzakirə etdik. Bura beynəlxalq terrorçuluğa, insan alverinə, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı birgə fəaliyyət daxildir”.

Con Bolton Moskva səfərində Rusiya rəsmiləri ilə bölgəyə aid olan məsələləri müzakirə etdiyini bildiridi.

Azadlıq Radiosu ilə bağlı məsələni xüsusi müzakirə etmədim

Azadlıq Radiosunun “Radionun Bakı Bürosu 2014-cü ildən bağlanıb, bank hesablarına həbs qoyulub. Bu məsələni Azərbaycan rəsmiləri ilə müzakirə etdinizmi? Ümumiyyətlə, keşiş Brunsonun aqibəti, azad olunması ssenarisi Azərbaycan reallığına şamil oluna bilərmi” sualına belə cavab verdi:

“Bilirsiniz, prezident İlham Əliyevlə görüşdə insan haqlarına dair məsələlərə toxundum. Amerika insan haqları və demokratiya məsələlərinə çox böyük önəm verir, onların mühümlüyünü anlayırıq. Amma prezident Trampın BMT-nin Ümumi Şurasında dediyi bir məsələyə dönmək istərdim. Prezident Tramp bildirmişdi ki, biz başqa dövlətlərə mühazirə oxumaq niyyətində deyilik. Azadlıq Radiosunun Azərbaycanda fəaliyyətinin dayandırılmasına gəlincə, xeyr, cavabı verirəm. Bu məsələni xüsusi ilə müzakirə etmədim. Əgər məsələ barədə daha məlumatlı olsaydım, təbii danışardım. Ən azından ona görə ki, mənim həyat yoldaşım vaxtilə məhz Azadlıq Radiosunun əməkdaşı olub. Keşiş Brunsonun azadlığa buraxılması haqda onu deyə bilərəm ki, o, Amerika vətəndaşı olduğundan bizim üçün xüsusi önəm daşıyırdı”.

Ərdoğanın çıxışı ilə tam tanış olmamışam

“Amerikanın səsi”-nin “Türkiyədə Səudiyyə Ərəbistanı konsulluğunda jurnalist Qaşıqçının ölümü barədə suala milli təhlükəsizlik məsələləri üzrə müşavir cavab verdi ki, Türkiyə prezidenti Ərdoğanın bu barədə çıxışından xəbəri var:

“Ancaq onun çıxışları ilə tam tanış olmaq imkanım hələ olmayıb. Sadəcə, jurnalist Qaşıqçının ölümü haqda ABŞ prezidentinin və vitse-prezidentinin mövqelərindən xəbərdaram. Mən bu istiqamətdə bir fikir bildirsəm, ABŞ-ın mövqeyilə üst-üstə düşəcək”.

İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunmuşam

“Space” kanalının “Bölgəyə səfərinizdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı təklif gətirmisinizimi?” sualına Con Bolton cavab verdi ki, bölgəyə səfəri Vaşinqtonun hər hansı siyasətinin dəyişdiyini deməkdən ibarət deyil. Sadəcə, bu səfərdə mövcud vəziyyətlə daha yaxşı tanış olmaq məqsədi var:

“Təbii ki, prezident İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunmuşam. Biz anlayırıq ki, münaqişənin həlli Ermənistanda da, Azərbaycanda da sülhün bərqərar olunmasına, eyni zamanda, strateji baxımdan da beynəlxalq müstəvidə öz təsirini göstərər bilər. Prezident Əliyevə minnətdarlıq edirəm ki, o, bu istiqamətdəki danışıqlar haqda öz görüşlərini və perspektivlərini mənimlə paylaşdı. Sabah Ermənistandakı görüşlərimdə də onların yanaşmalarını və perspektivlərini özüm üçün aydın edəcəm”.

Əməkdaşlığı gücləndirə bilərik

Meydan TV-nin “Siz prezident Trampın BMT-dəki çıxışından misal çəkdiniz. Ancaq ABŞ Dövlət Departamentinin Beynəlxalq Amnistiya Təşkilatı və digər hüquq müdafiə təşkilatlarına istinad etdiyi hesabatları var. Həmin sənədlərdə Azərbaycanın demokratiya baxımından gerilədiyi, Vəkillər Kollegiyasının tamamilə hökumətin nəzarətinə keçdiyi, jurnalistlərin təqib olunduğu, saytların bloklandığı haqda fikrilər yer alıb. Bu mənada siz prezident İlham Əliyevlə söhbətinizdə demokratiya haqda heç söhbət etmədiniz?” sualına belə cavab verdi:

“Əslində, Beynəlxalq Amnistiya Təşkilatının təklifləri haqda bilmirdim, mənimlə əlaqə saxlamamışdılar. Düşünürəm ki, təşkilatın istənilən məsələni qaldırmaq hüququ var. ABŞ üçün insan haqları və demokratiyaya dair məsələlərin nə qədər önəmli olması heç kim üçün sirr deyil. Həm cənab Əliyev, həm də Rusiya prezidenti Putin bu barədə yaxşı məlumatlıdırlar. Prezident Əliyevlə çox məhsuldar görüş keçirdik, görüş əsnasında gündəmdə olan müxtəlif məsələlərə toxunduq. Bu yöndə əməkdaşlığımızı gücləndirə və davam etdirə bilərik. Düşünürəm ki, biz Azərbaycandan, Azərbaycan bizdən çox şey öyrənı bilər”.

Ana səhifəXəbərlərCon Bolton: İlham Əliyevlə görüşdə insan haqlarına dair məsələlərə toxundum