Coel Saymon: “Azərbaycan Avropada jurnalistlər üçün böyük həbsxanaya çevrilib”

“Hakimiyyətin sözdə tolerantlıqdan danışması, əməldə isə ölkə daxilində repressiyaya əl atması o qədər utanmazcasına baş verir ki, buna heç kim inanmır”

Source:


“Hakimiyyətin sözdə tolerantlıqdan danışması, əməldə isə ölkə daxilində repressiyaya əl atması o qədər utanmazcasına baş verir ki, buna heç kim inanmır”

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətini mətbuata qarşı repressiyalara son qoymağa, beynəlxalq birliyi isə Azərbaycanda KİV-in vəziyyətinin pisləşməsinə reaksiya verməyə çağırıb.

“Azərbaycan Avropada jurnalistlər üçün böyük həbsxanaya çevrilib”, – Komitənin icraçı direktoru Coel Saymon “Turan İA”-a müsahibəsində bildirib.

Azərbaycan hökuməti daim beynəlxalq legitimliyə can atır, eyni zamanda, daxili özgəfikirliliyi boğmağa çalışır. Lakin beynəlxalq birlik buna yol verməməlidir və Bakı buna görə “cavab verməlidir”, – Coel qeyd edib.

Azərbaycanda tənqidi KİV-ə və ümumilikdə tənqidə qarşı dözümsüzlük ənənəsi çoxdan mövcuddur. Azadlıq Radiosunun Bakı bürösuna son reydə və büronun bağlanmasına gəlincə, hakimiyyətin məntiqini başa düşmək çətindir.

“Onlar sözdə tolerantlıqdan danışırlar, əməldə isə ölkə daxilində repressiyaya əl atırlar. Lakin bu riyakarlıq o qədər utanmazcasına baş verir ki, buna heç kim inanmır”, – o vurğulayıb.

Saymon Amerika administrasiyasını öz xarici siyasi prioritetlərinə qlobal ifadə azadlığını da daxil etməyə çağırıb.

Jurnalistlərin ünvanına hədələr hər tərəfdən gəlir – üsyançılar, hökumət və cinayətkarlar tərəfindən. Bu cür hallar təkcə hərbi əməliyyatlar zonasında,  Çin və ya Türkmənistan kimi qapalı cəmiyyətlərdə baş vermir. Ümumxalq tərəfindən seçilmiş hökumət KİV üzrə tərəfdaşlarına təzyiq göstərir. Jurnalistlərlə amansız rəftar getdikcə az ictimai rezonans doğurur. Buna klassik nümunə kimi Türkiyə və Rusiyada baş verənləri göstərmək olar, o qeyd edib.

Ana səhifəXəbərlərCoel Saymon: “Azərbaycan Avropada jurnalistlər üçün böyük həbsxanaya çevrilib”