2016-cı il dekabr ayının 29-da qoşunların təmas xəttində həlak olan əsgərin nəşi bu gün Azərbaycana verilib
Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfin açdığı atəş nəticəsində 2016-cı ilin dekabr ayının 29-da həlak olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.