Çində tələbələr pandemiyadan sonra təhsilə geri dönür

Satınalma sənədlərində kampusa tələbə olmayan şəxslərin girişini qadağa edən və tələbələrin məlumatlarını toplayan texnologiya sistemlərinin quraşdırıldığı bildirilir.

Source: Specify Source


Kampuslarda üzləri oxuyan və hərarəti yoxlayan kameralar quraşdırılır

Çin universitetləri aylarla pandemik nəzarətdən sonra payız semestrində yenidə təhsilə qayıdır.

“Reuters” xəbər verir ki, Çində COVID-19-a yoluxma hallarında azalma baş verdiyi üçün tələbələr universitet kampuslarına ciddi nəzarət altında geri dönür.

Çin sayına görə dünyada ən çox tələbə əhalisinə sahib ölkədir.

Bəzi universitetlərdə tələbələrin necə yemək, çimmək və səyahət etmələri belə sərt qaydalarla tənzimlənir. Pekin, Nanjing və Şanxaydakı tələbələr “Reuters”-ə bildiriblər ki, onlar əsasən kampusda qalmalı, ətrafda hərəkət edərkən isə hesabat təqdim etməlidirlər.

“Ancaq hələ də bizə xüsusi müraciət forması ilə bağlı və ya hansı səbəblərin məqbul hesab ediləcəyi barədə heç nə söyləməyiblər”,- Pekinin Renmin Universitetinin tələbəsi “Reuters”-ə deyib.

Renmin Universiteti suala cavab verməyib. Universitetin sosial media hesabında qeyd edilib ki, tələbələr kampusdan ayrılmaq üçün müraciət etməlidirlər.

Eyni zamanda dövlət satınalma sənədlərində onlarla universitetin üz tanıma, təmas izləmə və istilik yoxlamaları üçün “epidemiyaya nəzarət” sistemi satın aldıqları göstərilib.

Çində 20 milyondan çox universitet tələbəsi var və əksəriyyəti yataqxanada ortaq paylaşılan otaqlarda qalır. Bu yaşayış tərzi ölkənin səhiyyə orqanları üçün problem təşkil edir, – “Reuters” bildirib.

Sosial mediada çinli tələbələr mart ayında baş verən hadisələrin yüksək olduğu müddətdə geniş miqyasda əhali üçün tətbiq edilən məhdudiyyətləri tənqidlə qarşılamışdılar.

Keçən həftə mətbuat brifinqi zamanı tənqidlərə cavab olaraq Çin Təhsil Nazirliyinin rəsmiləri tədbirlərin universitetlər üçün məcburi olmadığını, ancaq tələbələrin kampusları tərk etməmələrini istədiklərini deyib.

Nazirlik “vətənpərvərlik sağlamlıq kampaniyaları”nın universitetlərin müvəffəqiyyətlə açılması üçün açar olacağını deyib.

Satınalma sənədlərində kampusa tələbə olmayan şəxslərin girişini qadağa edən və tələbələrin məlumatlarını toplayan texnologiya sistemlərinin quraşdırıldığı bildirilir.

Bir çox kamera sistemi tələbələrin gündə bir neçə dəfə məlumat daxil etmələrini tələb edən bildiriş sistemləri ilə yanaşı üz məlumatlarını və temperaturu toplaya biləcək, – “Reuters” qeyd edib.

“Bir anda bütün yataqxanamızda, hər mərtəbədə altı ədəd olmaqla onlarla kameranın şahidi olduq”,- anonim qalmağını xahiş edən Peking Universitetinin tələbəsi “Reuters”ə deyib.

“Yuxuya getdiyiniz andan yuxudan oyandığınız ana qədər kimsə sizi seyr edir sanki”,- Peking Universitetinin digər tələbəsi Mei deyib.

Peking Universiteti “Reuters”in suallarına cavab verməyib.

Elm və Texnologiya Liaoning Universitetində bir sistem 429.000 yuana (62.376 dollar) başa gəlir və maskalarsız insanların üzünü tanıyaraq onların temperaturlarını toplayır.

Sistem gündəlik bədən istiliyinin hesabatını tərtib edərək, onu 30 gün ərzində saxlaya bilir.

Tianjin Normal Universitetindəki sistem tələbələrin ailələri, kampusdan kənarda ziyarət etdikləri yerlərin ünvanları və universitetə necə getdikləri barədə məlumatları da toplayır.

Ana səhifəDünyaÇində tələbələr pandemiyadan sonra təhsilə geri dönür