Çin koronavirusun mənbəyinin araşdırılmasında ÜST-ü dəstəklədiyini deyir

Hua deyib ki, Pompeo virusla bağlı reportajlarında özünü bir neçə dəfə təkzib edib.

Foto: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)


“Elm adamları bir nəticəyə gəlməyiblərsə, katib Pompeo niyə tələsik nəticə çıxarır?”

Çin çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 pandemiyasının mənbəyini təyin etməyə çalışdığını dəstəklədiyini və ABŞ Dövlət katibi Mayk Pompeonun Pekinə qarşı hücumlarını tənqid etdiyini deyib, – “Reuters” xəbər verir.

Virus dünyada 255 mindən çox insanın ölümünə səbəb olub. Ən çox zərər çəkmiş ölkələrdən olan ABŞ-da 70 mindən çox insan həlak olub. Virus ilk dəfə olaraq dekabr ayında Çinin mərkəzi Vuhan şəhərində aşkar edilib.

Pompeo Çini qlobal peyvənd araşdırması üçün lazım olan virus nümunələrini gizlətməkdə günahlandırıb və Pekindən şəffaflıq tələb edib. Əksər ekspertlər COVID-19-un vəhşi heyvanların satıldığı bazarda meydana gəldiyinə və heyvanlardan insanlara keçdiyinə inanır. Pompeo və ABŞ Prezidenti Donald Tramp virusun laboratoriyadan gəldiyinə dair dəlillərin olduğunu bildirib.

Pompeo bununla yanaşı ÜST-ü xəstəliyə reaksiya verməkdə çox yavaş davrandığı üçün qınayıb və deyib ki, təşkilat Çindən araşdırma tələb etməlidir.

Cümə axşamı Pekində jurnalistlərə müraciət edən Çin Xarici İşlər Nazirliyinin sözcüsü Hua Chunying Çinin pandemiyanın mənbəyini araşdırmaq üçün ÜST-ü dəstəklədiyini deyib.

“Biz hər zaman istənilən məsələdə, o cümlədən virusun mənbəyi məsələsinə dair ÜST ilə əməkdaşlıq etməyə hazırıq”,- o deyib. Lakin o, virusun Çində meydana gəlməməsi barədə Fransa, İsveç və ABŞ-dan gələn xəbərdarlıqlara da toxunub.

unnamed.jpg
Hua Chunying

“Elm adamları bir nəticəyə gəlməyiblərsə, katib Pompeo niyə virusun Vuhan laboratoriyasından meydana gəldiyinə dair tələsik nəticə çıxarır? Onun sübutu haradadır? Sübutu bizə göstərin. O, hər hansı bir dəlil göstərə bilmirsə, deməli, bu sübutu hazırlamaqda davam edir”.

ÜST ölkələri ilkin yoluxma hallarını araşdırmağa çağırıb və Pompeo tərəfindən mümkün laboratoriya mənbəyi barədə əvvəllər verilən açıqlamaları “spekulyativ” adlandırıb.

Hua deyib ki, Pompeo virusla bağlı reportajlarında özünü bir neçə dəfə təkzib edib: “Onun özünə zidd olmasının səbəbi odur ki, o, həmişə başqa bir yalanı örtmək üçün digər yalan uydurur. Bu, açıq bir sirdir”.

Ana səhifəDünyaÇin koronavirusun mənbəyinin araşdırılmasında ÜST-ü dəstəklədiyini deyir