“Biz Azərbaycanın təmas xəttini keçən erməni əsgəri geri qaytarması ilə bağlı atdığı humanitar jesti alqışlayırıq”.
Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.
22 mart 2015-ci il tarixdə təmas xəttini keçərək Azərbaycan hərbçilərinə könüllü təslim olan erməni əsgər Andranik Araratoviç Qriqoryan noyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında geri qaytarılıb. (APA)