“Bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur”
ATƏT
-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik martın 19-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmanı pisləyib.
APA
-nın məlumatına görə, C. Uorlik bu barədə “
Twitter
” hesabında yazıb.
“Dağlıq Qarabağda zorakılığın bərpa olunması faciədir və atəş rejiminin pozulması ilə nəticələnir. Hələ ki, tərəflər bir-birini ittiham edir, bu hərəkətlər
Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur”, – deyə C. Uorlik qeyd edib.
Azərbaycan
Müdafiə Nazirliyi
martın 19-da erməni silahlı bölmələrinin hücumunun qarşısının alındığını, düşmənin 20-dək hərbçisinin öldürüldüyünü və yaralandığını açıqlayıb.