65 yeni virusa yoluxma faktı qeydə alımıb
Azərbaycanda aprelin 10-da koronavirusa yoluxma nəticəsində daha bir nəfər ölüb.
Məlumatı
Nazirlər Kabineti
yanında operativ qərargah yayıb.
Koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü, ağ ciyər ödəmi və tənəffüs çatışmazlığı olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib.
Məlumata görə, yeni 65 virusa yoluxma faktı qeydə alınıb. Bununla belə 58 nəfər müalicə alaraq, evə buraxılıblar.
Ümumiyyələ Cənubi Qafqaz ölkələri arasında ən çox koronavirusa yoluxma faktı Azərbaycandadır. İndiyə qədər 991 belə fakt qeydə alınıb. Onlardan 159 nəfəri müalicə olunaraq sağalmış, 10 nəfər vəfat etmiş, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən ümumilikdə 59 nəfərin vəziyyəti ağır və orta ağır qiymətləndirilir.
Ermənistanda aprelin 10-na qədər 937 koronavirusa yoluxma faktı qeydə alınıb ki, bunlardan 12 nəfər ölüb, 149 nəfər sağalıb, evə buraxılıb. Ermənistanda vəziyyəti ağır və orta ağır qiymətləndirilənlərin sayı 30-dur.
Gürcüstanda bu günə qədər 230 koronavirusa yoluxma faktı olub. Onlardan 3 nəfər ölüb, 54 nəfər sağalıb. Vəziyyəti ağır və orta ağır qiymətləndirilənlərin sayı 7-dir.
Azərbaycanda əhalinin sayı 10 milyon, Ermənistanda 2,9 milyon, Gürcüstanda isə 3,7 milyondur.