Cəmil Həsənlinin qızı olayı anlatdı

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sentyabrın 19-da Yasamal rayonu ərazisində 86 yaşlı Adilə Səlimovanı avtomobillə vurduğu deyilir. Hadisədən 10 gün sonra Günel Həsənli polis bölməsinə çağırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hər iki tərəf baş vermiş hadisəni gizlətməkdə günahlandırılır.

Cəmil Həsənli isə qızının polislə bərabər Adilə Səlimovanı xəstəxanaya apardığını deyir və hesab edir ki, hakimiyyət bu üsulla ondan qisas alır.

Milli Şura sədrinin qızı baş verənləri Meydan TV-yə anlatdı. O, qadının maşınına toxunaraq yıxıldığını, xəstəxanada müayinə olunarkən heç bir zədə almadığının ortaya çıxdığını, şikayətçi olmadığını dedi. Günel Həsənli onu da bildirdi ki, qadın polis bölməsindən qayıdarkən yolda şikayət etməməyinin qarşılığında ondan 300 manat istəyib. Lakin o, qadına həmin pulu verməyəcəyini deyib.

Ana səhifəVideoCəmil Həsənlinin qızı olayı anlatdı