Cəmil Həsənlinin bağ sahəsinə mülkiyyət sənədi verilməsindən imtina edildi

“Bu fakt cənab İlham Əliyevin xüsusi mülkiyyətin toxunulmazlığı və əmlakın təhlükəsizliyi ilə bağlı elan etdiyi bəyanatların heç bir hüquqi qüvvəsinin olmadığını bir daha nümayiş etdirir”

Source:


“Bu fakt cənab İlham Əliyevin xüsusi mülkiyyətin toxunulmazlığı və əmlakın təhlükəsizliyi ilə bağlı elan etdiyi bəyanatların heç bir hüquqi qüvvəsinin olmadığını bir daha nümayiş etdirir”

Əldə etdiyimiz məlumata görə bu gün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Milli Şuranın sədri, 2013-cü il president seçkilərində müxalifətin vahid namizədi olmuş professor Cəmil Həsənliyə xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində olan (1567a nömrəli bağ sahəsi) 6 sot bağ yerinə yeni mülkiyyət passport verməkdən imtina edib.

Bu barədə C. Həsənli “Turan İA”a bildirib ki, sahəsi 0, 12 ha olan bu bağ yeri hələ Sovet hakimiyyəti illərində, 1989-cu ildə Bakı Dövlət Universitetinin bağ kooperativi tərəfindən onlara verilib. SSRİ dağılandan sonra yeni qaydalar tətbiq edildiyindən Dövlət Kadastr xidməti, Torpaq və Xəritəçəkmə Komitəsi bilavasitə bağ sahəsinin plan çizgilərini çəkmiş, 2006-cı ildə müvafiq sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə həmin sahəyə mənim adıma 110635862 nömrəli çıxarış vermişdir.

Elə həmin vaxt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi həmin torpaq sahəsinə reyestr nömrəsi 005013000717 olan əmlak pasportu vermişdir. Cəmil Həsənli əlavə edir ki, bu ilin avqust ayında həmin 0,12 ha torpaq sahəsinin 6 sotunun ehtiyacı olan bir qohumumuza bağışlanması haqqında 3 saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən notaiat kontorunda “Daşınmaz Əmlakın Müqaviləsi” imzalanmışdır. Notariat qaydasında iki yerə bölünmüş torpaq sahələri üçün yeni mülkiyyət sənədi alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş və 31 manat rüsum ödəməklə Reyesstr Xidməti tərəfindən bölgü sxemi hazılanmışdır.

Amma nədənsə bu bölgü sxemi hazırlanan vaxt bizə məxsus olan bağ sahəsində elə bir uyğunsuzluq müəyyən edilməmiş və sxem vaxtında hazırlanıb bizə verilmişdi. Bu sxemə digər sənədləri də əlavə edib mən onu avqust ayının 19-da Reyestr xidmətinə təqdim etmişəm. Həmin vaxt bizim sənədimizin sentyabr ayının 8-də hazır olacağı bildirilmiş və mülkiyyət sənədini almaq üçün müvafiq nömrə verilmişdidi.  Bu gün etibarnamə əsasında həyat yoldaşım Daşınmaz Əmlakın Pasportunu almağa gedəndə ona passport əvəzinə imtina məktubu təqdim edilib.

Orada göstərilir ki, Reyestr Xidməti Sizin ərizənizə baxmışdır. Lakin “yoxlama-ölçü işləri aparılması ilə əlaqədər mütəxəsislərimiz önvanda olarkən məlum olmuşdur ki, təqdim edilmiş sənədlərlə (plan və ölçü, bağışlanma müqaviləsi) bağ sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğundan ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır”.

C. Həsənli deyib ki, bu sahə bilavasitə xidmət sahəsinin müəyyən etdiyi ölçülər əsasında 10 il bundan əvvəl daşla hasarlanıb və bilavasitə hasar çəkildikdən və Xidmət əməkdaşları tərəfindən yerində yoxlandıqdan sonra 2006-cı ildə bağ sahəsinə Daşınmaz Əmlakın Pasportu verilmişdir. Həmin vaxtdan bəri bu torpaq sahəsində hər hansa bir dəyişiklik edilməmişdir. Bu halda uyğunsuzluq haradan yarana bilər və əgər hər hansı bir uyğunsuzluq varsa bu Reyestr Xidmətinin özünə aid ola bilər.

Milli Şuranın sədri 27 il bundan əvvəl aldığı torpaq sahəsindəki “uyğunsuzluğu” özünün hakimiyyətə qarşı tənqidi mövqeyi ilə əlaqələndirir və qeyd edir ki, bu xoşagəlməz fakt cənab İlham Əliyevin 2013-cü il president seçkilərində onun əsas oppenenti olmuş müxalifət namizədinə münasibətinin aydın ifadəsidir.

Professor daha sonra deyib: “Mən düşünmürəm ki, yüksək dövlət rəsmilərinin xəbəri olmadan Reyestr xidmətində kimsə özbaşına belə qanunsuzluğa yol versin. Bu fakt cənab İlham Əliyevin xüsusi mülkiyyətin toxunulmazlığı və əmlakın təhlükəsizliyi ilə bağlı elan etdiyi bəyanatların heç bir hüquqi qüvvəsinin olmadığını bir daha nümayiş etdirir”.

Ana səhifəXəbərlərCəmil Həsənlinin bağ sahəsinə mülkiyyət sənədi verilməsindən imtina edildi