Cəmil Həsənli Milli Şuranın vahid namizədi oldu

Avqustun 23-də Milli Şuranın üzvləri növbəti sessiyada ehtiyat vahid namizəd seçmək üçün bir araya gəldi. Bir neçə partiya sədri ehtiyat vahid namizəd seçmək qərarına etiraz etsə də, çıxışları zamanı bildirdilər ki, Milli Şuranın birliyini pozmamaq niyyətində deyillər.  Rüstəm İbrahimbəyovun Milli Şuraya ünvanladığı müraciətində üzvlərə ehtiyat vahid namizəd olaraq Cəmil Həsənliyə dəstək göstərilməsi rica olunurdu. Səsvermə zamanı 74 nəfərin 72-si Cəmil Həsənlinin namizədliyinın lehinə səs verdi.

Ana səhifəVideoCəmil Həsənli Milli Şuranın vahid namizədi oldu