Cəmil Həsənli evini satmır, kirayə verir

“Ev, yaxud obyekt satmaq ehtiyacdan yaranır, başqa necə ola bilər?”

Source:

“Ev, yaxud obyekt satmaq ehtiyacdan yaranır, başqa necə ola bilər?”

Prezidentliyə keçmiş namizəd Cəmil Həsənlinin mənzilini satması barədə yayılan məlumat doğru deyil. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli özü Meydan TV-yə məlumat verib. O, mia.az saytında bu barədə yazılanları təkzib edib. Sayta məlumatı “Deputatların binası”nda yaşayan millət vəkillərindən biri verib.

Milli Şura sədri bildirib ki, mənzilini satmaq fikrində deyil: “Ev, yaxud obyekt satmaq ehtiyacdan yaranır, başqa necə ola bilər?İkinci, mənim obyektim də yoxdur. Amma mən mənzilimi satmıram, daha doğrusu, kirayə verirəm. Ona görə bu barədə geniş danışmağa ehtiyac görmürəm”.

Ana səhifəXəbərlərCəmil Həsənli evini satmır, kirayə verir