Cəhbəçilərin həbsinə start verildi

Təzəxan Mir ələmli 15, İlham Hüseyn 20 sutka azadlıqdan məhrum olundular, yeni həbslər gözlənilir.

Source:

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad təşkilatının sədri Təzəxan Mirəlimli fevralın 27-də axşam saatlarında evindən aparılıb. “Meydan TV” əməkdaşının verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi AXCP üzvü haqqında 15 sutka həbs qərarı çıxarıb. T.Mirələmlinin yaxınları onun həbsini siyasi sifariş hesab edirlər. Yaxınları bildiriblər ki, Təzəxan Mirələmli növbəti həftə Cəlilabad rayonunda sosial duruma etiraz aksiyasının keçirilməsini planlaşdırıb. Dünən axşam AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli və Gənclər Təşkilatının sədri İlham Hüseyn də həbs olunublar. Mühafizəçinin həbsinə səbəb yol polisinə müqavimət göstərdiyi deyilir. İlham Hüseyn isə Xətai Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun haqqında bir qədər əvvəl Xəzər Rayon Məhkəməsi 20 sutka həbs cəzası çıxarıb. İ.Hüseynin əmisinin mediayaya verdiyi məlumata görə, günorta saatlarında mülki geyimli polis əməkdaşı özünü bank işçisi kimi təqdim edərək cəhbəçinin yaşadığı evə gələrək onu axtardığını deyib. Evdə olmadığını bildikdə isə evlərinin yanında gözləyib. Axşam saatlarında evə qayıdan İ.Hüseyn polis bölməsinə aparılıb.

Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Adilov Facebook-da məlumat paylaşıb ki, bu dəqiqələrdə AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidli həbs təhlükəsi ilə üz-üzədir: “Çox realdır ki, bu statusu oxuyanda onu tutsunlar. İndicə aldığım məlumat: “Evə zəng ediblər ki, Elnur evdədi, anası evdə olduğunu söyləyəndə “odboy” veribler. Sonra isə qapıya gəliblər, indicə qapı dağılır, blokda işıqları söndürüblər”.

Ana səhifəXəbərlərCəhbəçilərin həbsinə start verildi