Çeçenistanın lehinə olmayan sərhəd

Çeçenistan və İnquşetiya arasında sərhəd rəsmən müəyyənləşdirildi, lakin iki respublika arasında ərazi iddiası olmadığını demək hələ çox tezdir.

“Novaya Qazeta” və “Kavkazskiy Uzel”in materialları əsasında


Tarixi saziş

İnquşetiya və Çeçenistan rəhbərləri sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı tarixi hesab oluna biləcək müqavilə imzaladılar: 1990-cı illərdən bəri Rusiya daxilindəki bu iki respublika arasında sərhəd qeyri-müəyyən olaraq qalırdı.

İnquşetiya başçısının müşaviri Artem Perexrist sərhədlərin müəyyənlədirilməsinə dair müqavilənin imzalanmasından dərhal sonra “Novaya Qazeta”ya bildirib ki, inquş xalqının son həftələr baş verən kütləvi iğtişaşları davam etdirməyə artıq bəhanəsi yoxdur.

Sənədə görə, respublikalar bir-birinə ekvivalent qeyri-yaşayış sahələrini mübadilə ediblər.

“Ən əhəmiyyətlisi odur ki, münaqişələrdən, mümkün qan tökülməsindən və qanlı hesablaşmalardan qaça bildik”, – İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov bu sənədin imzalanmasını öz “İnstagram” səhifəsində belə şərh edib. http://www.kavkaz-uzel.eu/articles/325865/


Xoş sürpriz – İnquşetiya üçün

Yevkurov vurğulayıb ki, saziş 1993-cü ildə müəyyən edilmiş sərhədi təsdiqləyir. Yəni, İnquşetiya 17 min hektar ərazisini bölüşməyə məcbur olmadı – bu, qorxu, son zamanlarda inquşların narazılıqlarına səbəb olurdu.

Göründüyü kimi, bu, Yevkurovun özü üçün də gözlənilməz olub, – sazişin imzalanmasını və ondan əvvəlki etirazları müşahidə etmiş “Novaya Qazeta” müəllifi belə hesab edir.

“İnquşetiya və Çeçenistan liderləri arasında danışıqlar gözlənildiyi kimi sonlanmadı. İnquşetiya olduğu kimi qaldı – böyük ehtimalla, özləri üçün də gözlənilməz idi. Bu, yəqin ki, yaxın tarixdə Qafqaz gündəminin ən vacib hadisələrindən biridir. Ramzan Kadırov istədiyini əldə edə bilmədi”, – Novaya Qazeta yazır.

Ancaq politoloq Dmitri Oreşkin hesab edir ki, Kadırov hələ də inquş həmkarından daha nüfuzlu siyasətçi olaraq qalır:

“O, məsələn, Yevkurovun edə bilməyəcəyi şeyləri edə bilər. Kadırov fəaldır, öz siyasi çəkisini artırır və iddialı planları var. Moskvanın da dəstəyilə Kadırov planlarını yavaş-yavaş həyata

keçirir

”.

Müqavilənin imzalanması, şübhəsiz ki, müsbət hadisədir, amma problemin tamamilə həll olunduğunu düşünmək hələ çox tezdir – İnquşetiyaya olan iddialarını Çeçenistan gələcəkdə təkrar edə bilər, – coğrafiya elmləri doktoru Aleksey Qunya belə hesab edir:

“Ərazi mənsubiyyətinə dair mübahisələr tez-tez münaqişələrə çevrilir, beləliklə bu [imzalanmış müqavilə], sülh əlamətidir”, – Aleksey Qunya belə deyib. Ancaq təhlükə tamamilə sovuşmayıb: o, hesab edir ki, burada xüsusilə potensial münaqişəli ərazilər son vaxtlara qədər yalnız İnquşetiya ərazisindən keçilə bilən və İnquşetiya sərhəddi yaxınlığında yerləşən çeçen kəndləridir.


Ərazi iddialarının kökləri

İnquş və çeçenlər arasında ərazi iddiaları yeni

başlamayıb

– keçən əsrin 20-ci illərində, inquş kəndlərinin yerində salınan Sunjenskiy Kazak rayonu Çeçenistan ərazisinə daxil edildi. 30-cu illərdə İnquşetiya Çeçenistana daxil edildi – beləliklə, Çeçen-İnquş muxtariyyəti formalaşdı. 1991-ci ildə Çeçenistan özünü müstəqil İçkeriya elan etdi, İnquşetiya isə Rusiyanın tərkibində qalmağı qərar aldı. 1993-cü ildə İnquşetiya prezidenti Ruslan Auşev və tanınmayan İçkeryanın prezidenti Cövhər Dudayev əraziləri arasındakı sərhədləri müəyyənləşdirdi, lakin formal olaraq sərhəd demarkasiya olunmamış qaldı.

İki Rusiya respublikasının indiki rəhbərləri arasında münasibətlər çətinliklərsiz baş tutmayıb. Rəhbərlər ictimaiyyətə açıq şəkildə bir-birilərinə sözlü hücum edirdilər. 2012-ci ildə Ramzan Kadırov tərəfindən səslənən inquş ərazisinin ciddi bir hissəsiylə bağlı iddia ən ağırlarından biri idi.

“Əlimizdə bu torpaqların (Sunjenskiy və Malqobek – red.) respublikanın bir hissəsi olduğunu təsdiqləyən arxiv sənədləri var”, – deyə Kadırov bildirmişdi: “Sərhəd xəttinin qanuna uyğun olaraq dəqiq müəyyənləşdirməyin vaxtıdır. Biz öz ərazimizi tanıyırıq və heç bir şərtlə onu inzibati sərhədimiz xaricində buraxmayacağıq”.

Bu ilin avqust ayının sonunda İnquşetiyanın Sunjenskiy rayonunda yol salınması işləri başlandı. Bu işlər çeçen işçilər tərəfindən həyata keçirildi və çeçen tərəfi anlaşmazlıqların qarşısını almaq üçün iş gedən əraziyə keçid məntəqəsi quraşdırdı. Sunjenskiy rayonunun torpaqlarını Çeçenistan Respublikasına verilməyə hazırlandığı ilə bağlı İnquşetiyada şayiələr dolaşırdı. Konkret rəqəmlər haqda danışılırdı: 17 min hektar, bu isə İnquşetiya ərazisinin 5 faizi deməkdir. Respublika başçısı ümumi ifadələrlə məsələdən yayınırdı. Bununla bağlı narahat inquş ictimaiyyəti isə torpaqların yenidən bölüşdürülməsi ilə bağlı qərarın verildiyini və bunun Moskvada baş verdiyi nəticəsini çıxartdı.

İnquş və çeçen liderlərinin İnquşetiyada planlaşdırılan toplantısından əvvəl etirazlar başladı, insanlar Çeçenistana torpaqların verilməsi ilə bağlı heç bir sənədin imzalanmamasını və buna məcbur ediləcəyi təqdirdə hökumətin dərhal istefaya getməsini tələb edirdilər. Çeçenistana verilməsi planlaşdırılan ərazidə hələ Sovet vaxtı neft tapıldığı ilə bağlı fikirlər səslənirdi; belə bir versiya da var idi ki, bu 17 min hektar ərazi Çeçenistan Respublikası iştahını daha da çoxaltmasın deyə Yunus-Bek Yevkurov tərəfindən qurban verilir.

Ana səhifəXəbərlərÇeçenistanın lehinə olmayan sərhəd