Cəbrayıl rayonu və bir neçə kənd işğaldan azad olunub

Karxulu, Şükürbəyli kəndi, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri geri alınıb”

Source: Архив


İlham Əliyev: “Karxulu, Şükürbəyli kəndi, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri geri alınıb”

Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilib. Bu barədə ilk məlumatı Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında açıqlayıb.

"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!" – deyə prezident bildirib.

Daha sonra İlham Əliyev açıqlama yayıb. O, Cəbrayıl və digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitləri təbrik edib.

Prezident deyib ki, bu gün Cəbrayılın bir neçə kəndi də işğaldan azad edilib. Həmin kəndlər Karxulu, Şükürbəyli kəndi, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabaddır.

Cəbrayıl 23 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Həmin dövr döyüşlərində 180 nəfər cəbrayıllı həlak olub. Onlardan 14 nəfəri polis, 60 nəfər mülki şəxs olub. 90 nəfərə yaxın insan isə əsir və itkin düşüb. 180 nəfərə yaxın cəbrayıllı Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılda 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı olub. Cəbrayılın 351 şəhid ailəsi var.

Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda – daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar və Bakıda məskunlaşıb.

Ermənistan ordusu Mingəçevir şəhərini Ermənistandan atəşə tutub. Yerli sakinlərin Meydan TV-yə verdiyi məlumata görə, mərmi şəhərin QRES adlanan qəsəbəsinə, köhnə doğum evinin yanına düşüb. Yaralının olduğu bildirilir. Onu da deyiblər ki, atılan mərmilərin biri Azərbaycan ordusu tərəfindən havada zərərsizləşdirilib.

Ana səhifəSiyasətCəbrayıl rayonu və bir neçə kənd işğaldan azad olunub