Cəbhəçi Baş Prokurorluqda ifadə verib

Oktyabrın 4-də Xalq Cəbhəsi Partiyasının üzvü Arzuman Məcidli Baş Prokurorluğun Ağır İşlər üzrə İstintaq İdarəsində ifadə verib

Source:
Arzuman Məcidli, foto: sosial şəbəkə
Arzuman Məcidli, foto: sosial şəbəkə

Oktyabrın 4-də Xalq Cəbhəsi Partiyasının üzvü Arzuman Məcidli Baş Prokurorluğun Ağır İşlər üzrə İstintaq İdarəsində ifadə verib.

Bunu Turan-a A. Məcidli özü bildirib. Onun sözlərinə görə, sorğu-sual daha çox “Azadlıq” qəzeti, qəzetin həbsdə olan direktoru Faiq Əmirlini tanıyıb-tanımaması ilə bağlı olub. “Mən də dedim ki, qəzetin direktoru kimi tanıyıram, amma şəxsi münasibətimiz yoxdur”.

A.Məcidli qeyd edib ki, istintaq qəzetə verdiyi elanlar, bu elanlara görə ödəmələr edib-etməməsi barədə də soruşub. O, hər hansı şəkildə ödəniş etmədiyini bildirib.

“Azadlıq” qəzetinin direktoru Faiq Əmirli bu il avqustun 20-də həbs edilib. Ona qarşı milli, dini, irqi ayrı-seçkilik, qanunsuz dini ayinlərə rəhbərlik etmək ittihamları irəli sürülüb.

AXCP bəyanat yayaraq bu ittihamları əsassız adlandırıb. Partiya hesab edir ki, məqsəd qəzetin fəaliyyətinə mane olmaqdır.

Ana səhifəXəbərlərCəbhəçi Baş Prokurorluqda ifadə verib