Cəbhə bölgəsində sakitlikdir

”Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”

Source:


”Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”

Müdafiə Nazirliyi (MN) fevralın 26-da Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik (15 mərmi) və 82 millimetrlik (18 mərmi) minaatanlardan, həmçinin D-44 topundan (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozduğu haqda

məlumat

yayıb.

“Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Vazaşen, Noyemberyan rayonunun Voskepar, Şavarşavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Bala Cəfərli, Aşağı Əskipara, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub”,-deyə MN qeyd edib.

Eyni zamanda bildirilib ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub:

“Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”.

Cəbhə bölgəsindən qayıdan jurnalist Seymur Kazımov

“Facebook”

səhifəsində yazıb ki, fevralın 25-dən 26-na keçən gecə cəbhədə ciddi gərginlik olmayıb. Hazırda sakitlikdir. Mülki şəxslər arasında ölüm, yaralılar və dağıntı halları yoxdur. Ancaq bir gün əvvəl hərbi itkilər olub, sadəcə, müvafiq nazirlik hələ açıqlamayıb.

“Müdafiə Nazirliyinin məlumatı gündəlik atəşkəsin pozulmasıyla bağlıdır. Bunu “cəbhədə gərginlik” kimi xüsusi formada təqdim etməyin. Atəşkəs onsuz da hər gün posulur”,-jurnalist belə yazıb.

Ana səhifəXəbərlərCəbhə bölgəsində sakitlikdir