Cəbhə bölgəsindən yayılan yalan məlumatlara görə Müdafiə Nazilriyi jurnalitləri, media nümayəndələri isə sözügedən qurumu günahlandırır
“Ermənilər Ağdamdan qaçır”, “Bayramlar kəndi azad oldu”, “Ağdamın Yusifcanlı kəndi də ermənilərdən alındı ”, “Müdafiə naziri Zakir Həsənov Ağdama 8 vertalyotla gəldi” və s.
İyulun 31-dən Ermənistan-Azərbaycan sərhəddində baş verən hadisələr barədə verilən məlumatların 99%-i bu başlıqlar altında ya yalan olaraq, ya da koordinatların dəqiq verilməsi ilə yayımlanır. Bu da həmin həssas dönəmdə qarşı tərəfə bilməyərəkdən məlumatların çatdırılması ilə izah olunur. Atəşkəsin pozulduğu vaxt cəbhə bölgəsinə ezam edilən Meydan Tv-nin əməkdaşı Sevinc Vaqifqizi deyir ki, bütün bunlar jurnalistlərin təcrübəsizliyindən irəli gəlir:
“ Biz Ağdamda, Tərtərdə, Bərdədə olduq. Müdafiə naziri Zakir Həsənov gələndə biz Bərdədə onu gözlədik. İstədik ki, müsahibə götürək. Ona qədər sadəcə şəhidlərin adı verilmişdi. Vəziyyətin stabilləşməsi ilə bağlı hər hansı bir məlumat yox idi. Biz bir saat onu gözləsək də mətbuat konfransı olmadı. Həmin dövrlərdə iki dezinformasiya xəbər verilirdi. Rayonlar boşalır ya da rayonlar alınıb. Bunun da səbəbi dövlət qurumlarının mətbuata açıqlama verməməsi idi”.
“Müharibə şəraitində olan ölkənin jurnalistlərinin cəbhə təcrübəsinin olmamasının günahı Müdafiə Nazirliyindədir”
Hərbi-ekspert Üzeyir Cəfərov isə atəşkəs dövründə olan bir ölkədə jurnalistlərin təcrübəsizliyinin günahını Müdafiə Nazirliyinin mətbuatla əlaqəsində görür.
“Jurnalisin çörəyi verdiyi məlumatdan çıxır. Amma onun özü də bir hazırlıqlı olmalıdır. Hərbi mövzuda yazan qəzet və jrunalistləri bir toplamaq lazımdır. Bu problem deyil. Hamı gedib cəbhəyə bir tankı çəkir, biri nazirin hansı kəndə getdiyini göstərir. Biri vertalyotu göstərir. Axı belə şeyləri ağılla vermək lazımdır. Biz faktiki olaraq ermənilərn görmək istədikləri şeyləri onlara göstəririk. Hərbidən yazmaq hələ hərbi jurnalist olmaq demək deyil. Bütün bunlar Jurnaistlər ordan istənilən məlumatı verə bilirlər ”.
Hərbi ekspertin sözlərinə görə, bu xəbərlərin hüquqi araşdırılması başlanılsa, bir çox jurnalistlər bundan əziyyət çəkəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da cəmiyyətə yanlış informasiya ötürən, hərbi hissələrin, hərbi texnikanın sayınadək dəqiq informasiya yayan mətbu orqanlarını qınayaraq, buna etiraz ediblər. Lakin aydın olub ki, bu günə kimi heç bir jurnalistə bu yöndə təlim keçirilmədiyindən onlardan bununla bağlı hər hansı doğru addımın atılması gözləmək yanlışdır. Başqa bir hərbi ekspert Cəsur Sümərinli deyir ki, belə məlumatların verilməsində hakimiyyətin və nazirliyin öz maraqları var.
“Reallıqda isə nazirliyin tərkibində bir informasiya mərkəzi yaradılmalıdır. Bütün informasiyalar da burdan idarə olunmalıdır. Burada məqsədyönlü dezinformasiyaların yayılması məsələsi də gündəmdədir. Söz yox ki dezinformasiyaların yayılması məsələsi düşmənə bir zərbə endirməkdir”.
Ekspert belə həssas məqamlarda dövlətin maraqlarının qorunmasını vurğulayır. Media üzrə ekspert Ələsgər Məmmədlinin sözlərinə görə, jurnalist olduğu ərazini dəqiqliklə göstərmədikcə heç bir problem yoxdur:
Jurnalist yaydığı məlumata görə məsluliyyəti nə vaxt daşıyır?
“Dövlət sirrləri haqında qanunda hərbi sirlər də var. Bu ad olaraq mahiyyətcə geniş olsa da bu konkretləşməyə doğru getməlidir. Əgər hər hansı bir yeri göstərmədən raket çəkirsənsə bu ümumidir. Burda siz paraddan da çəkilmiş görüntünü çəkib informasiya yaya bilərsiz. .Çox konkretləşmədiyi müddətcə jurnalistlər bunu istifadə edə bilir. Siz cəbhə bölgəsinə gedibsiz. Hansaı bir rayondasız. Həmin kənddən yazdığınızı qeyd edirsiz, yaxınlıadakı hərbi birləşmələri göstərirsiz. .. bu zaman məsələ dəyişir. Dövlət haqqında qanunda proseslər də gizlədilir”.
Ermənistanla Azərbaycan arasında olan atəşkəsin davam etməsinə baxmayaraq, cəbhə bölgəsi və hərbi məlumatlar hər zaman jurnalistlər üçün əlçatmaz olaraq qalıb. Əvvəllər qurum jurnalistlərin təhlükəsizliyi məsələsini gündəmə gətirirdi. Lakin son olayda bir qrup media işçisinin nazirliyə müraciət edərək cəbhə bölgəsinə yollanmaq istəməsi təklifi ilə bağlı aldıqları cavab, ordu və media münasibətlərində köklü problemlərin olmasından xəbər verir. Elə Meydan Tv-nin əməkdaşı da cəbhə xəttinə yollanarkən jurnalist olduğunu gizlətmək məcburiyyətində qaldığını deyir:
“ Bizə kənddən bildirildi ki, əgər bilsələr ki siz jurnalistsiz sizi qoymayacaqlar. Buna görə də biz yalan danışmağa məcbur olduq. Uyduruduq ki orda bizim bir qohumumuz yaşayır və ona baş çəkməyə gəlmişik. Postdan da soruşuldu ki siz jurnalist deyilsiz ki, əlum oldu ki jurnalistlərə məhdudiyyət yarana bilər”.
Cəbhənin iki tərəfi olduğundan ora yollanan jurnalistlərin verəcəkləri məlumat hər iki tərəf üçün çox önəm daşıyır. Ələsgər Məmmədli deyir ki, bir çox hallarda jurnalistin verdiyi məlumatlar onun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər:
“Sizin jurnalistiniz bölgədən yayırsa, identifkasiya edirsə burada dövlət sirrinn yayılması məsuliyyəti bilavasitə jurnalistin üzərində qalcaq. Rəsmi mənbələrdən gələn məlumatların yalan olmasında jurnlist heç bir məsuliyyət daşımır. Amma adının çəkilməsinin istəməyən bir mənbənin məlumatını yayanda bu zaman artıq sizin məsuliyyətiniz yaranacaq. Nazir siaysi şəxsdir. Siyasi şəxsin hərəkətləri ictimai əhəmiyyət daşıyır. Nazirin səfərləri dövlət sirri deyil. Azərbaycanın hasnı bölgəsinə gedir-getsin bu xəbərdir. Amma konkret olaraq filan kardinatda 8 vertalyot endi. Burada nazir də var. Bu əməliyyat versiyasıdır. Burada onların həyatlarına təhlükə yaradırsız. Burada bir raket onlara kifayət edir. Çox aydın şəkildə koordinat təsvir olunubsa, 90-cı ildə vertalyotumuzun vurulması yadınızdadır.
Sevinc Vaqifqızı deyir ki, cəbhə bölgəsinə yollanmaq onun üçün ilk təcrübə idi. Lakin Müdafiə Nazirliyi ölkənin hərbi vəziyyətini nəzərə alaraq, media ilə ordu arasında keçilməz divar hörməkdənsə, jurnalistlərlə işləsə onlar da bilərlər belə vəziyyətlərdə hansı məlumatları yaymalıdırlar.