Futbolçu Səbail rayon Məhkəməsinin hökmündən narazıdır
ANN.TV-nin əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynov apellyasiya şikayəti verib.
Futbolçunun vəkili Adəm Məmmədov APA-ya bildirib ki, Səbail rayon Məhkəməsinin C. Hüseynov barəsindəki hökmdən verilmiş şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bir neçə gün əvvəl futbolçu Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.