Cavad Zərif Ərdoğanın çıxışına etiraz edib

“Adi bayatıdır da, iki ölkə münasibətlərində ticarət, siyasi əlaqələr var”

Source: Azərtac


“İranın Xarici işlər nazirinin sırf Qarabağın işğalı ilə bağlı bayatıya reaksiyasından belə görünür ki, bölgədə post-müharibə dövrünə hələ hamı hazır deyil”

İran Xarici İşlər naziri Cavad Zərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 dekabr Zəfər Paradında çıxışında Araz çayı haqda bayatı söyləməsinə reaksiya verib.

Qonşu dövlətin baş diplomatı “Twitter” səhifəsində yazıb ki, Prezident Ərdoğan dünən Araz çayı ilə bağlı söylədiyi şeirdə şimalda olan torpaqların cənubdan zorla ayrıldığı bildirdi:

“Azərbaycan Respublikasının suverenliyinə zərər verdiyinin fərqində deyil? Heç kim bizim əziz Azərbaycan (Cənubi) haqqında danışa bilməz".

Türkiyənin Tehrandakı səfiri Derya Örsün də İranın XİN-nə çağırıldığı haqda

məlumat

lar var.

xcavad.jpg
Cavad Zərif

Siyasi icmalçı Zərdüşt Əlizadə düşünür ki, hansısa bayatının dövlətlərin münasibətinə təsir edəcəyi inandırıcı deyil:

“Adi bayatıdır da, iki ölkə münasibətlərində ticarət, siyasi əlaqələr var. Sovet dövründə o qədər Təbrizim, Təbrizim deyirdilər ki… Kimdir ona baxan? Şeir, bayatı tamam başqa şeydir, siyasət başqa. Siyasət sərt reallıqlar deməkdir. Türkiyə Azərbaycanla yaxınlıq edir, lap yaxşı, kimdir buna mane olan?”

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin sədri Anar Məmmədli deyir ki, Cavad Zərifinin Ərdoğanın bölgənin 6 ölkəsi – Azərbaycan, Gürcüstan, İran, Rusiya, Türkiyə və Ermənistan arasında əməkdaşlıqla bağlı platformanın yaranmasına yox, bayatıya reaksiya verməsi qonşuların fərqli əhval-ruhiyyədə olduğunun göstəricisidir:

“İranın Xarici işlər naziri Türkiyə Cümhuriyyətinin başçısının təklifinə yox, sırf Qarabağın işğalı ilə bağlı bayatıya reaksiyasından belə görünür ki, bölgədə post-müharibə dövrünə hələ hamı hazır deyil”.

36042829_1572920592834854_2424081934159183872_n.jpg
Anar Məmmədli

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu İranın Xarici işlər naziri Cavad Zərifin açıqlamasını təbii sayıb və “bunu olduğu kimi qəbul etmək lazımdır” deyə reaksiya verib:

“İran bu cür reaksiya ilə düşmənçiliyin və Rusiyayla həmfikir olduğunu göstərir. Hər iki dövlət 200 il əvvəl Gülüstan və Türkmənçay müqaviləsi ilə Azərbaycana münasibətini bu gün də davam etdirirlər. Əslində, Cavad Zərifin reaksiyası Rusiya qoşunlarının Qarabağa yerləşməsinə uyğun reaksiyadır”.

Mirmahmud Mirəlioğlu bildirib ki, Türkiyə dövlət başçısı Azərbaycanın paytaxtında Zəfər Paradında çıxış edib və tribunadan belə açıqlamalar verəndən sonra İran rəsmiləri intihar etməyibsə, böyük şeydir:

Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu

“SSRİ dövründə Tehranla Moskvanın münasibəti Bakıya necəydisə, indi də davam edir. Ona görə deyilənləri olduğu kimi qəbul etmək lazımdır. Fikir verdinizsə, Ermənistanın Baş naziri Paşinyan da İran İslam Respublikasının yardım və dəstəyinə görə təşəkkür etdi. Əslində, İran anti-islam cümhuriyyətidir. Biz nə qədər qonşu desək, onlar Azərbaycana düşmən kimi qonşudur və bunu təbii hesab etmək lazımdır, özümüzü aldatmayaq. Və Zərifi də bizim dediklərimizi təsdiqləyib”.

Ana səhifəSiyasətCavad Zərif Ərdoğanın çıxışına etiraz edib