Cavabsız suallarla dolu büdcə hesabatı

Cəmi 40 dəqiqəyə qəbul edilən büdcə hesabatı

Source:


C


ə


mi 40 d


ə


qiq


ə


y


ə


q


ə


bul edil


ə


n b


ü


dc


ə


hesabat


ı

Hökumət qanunvericiliyə uyğun olaraq ötən ilin büdcə icrasına dair hesabatı parlamentə təqdim etdi. Qalaq-qalaq kitablardakı rəqəmləri məclis üzvləri cəmi 35-40 dəqiqə içərisində səsə qoydu və təsdiqlədi. Əslində, Azərbaycanda qanunverici orqanın büdcə qərarlarına təsiri bu orqanın nə dərəcədə işlək və effektv bir təsisat olduğunu qiymətləndirmək üçün ən tutarlı arqumentdi. Çünki ölkə Konstitusiyasının 95-ci maddəsinə əsasən parlament dövlət büdcəsinin onun icrasına bilavasitə  nəzarət edən orqandır. Nəzarət belə olmalıdırmı – maliyyə naziri büdcənin ümumi rəqəmlərini, ayrı-ayrı göstəricilərini sadalasın, deputatlar isə səs verib bu hesabatı qanun halında arxivə göndərsin?

Əslində, parlament büdcə hesabatını qəbul edəndə sahə nazirlərindən qəbul etməlidir. Məsələn, təhsil, səhiyyə, kənd təsərrüfatı nazirləri hər biri ayrı-ayrılıqda xərclədiyi hər manatın hesabatını açıqlamalı, xərclədikləri vəsaitlər müqabilində ölkənin aqrar, tibb və maarif sistemində hansı nəticələrin əldə edildiyini konkret keyfiyyət göstəriciləri əsasında təqdim etməlidirlər. Ən azından bir neçə strateji sahənin bu cür detallı müzakirəsi son dərəcə vacibdir. Hələ xeyli müddət əvvəl Norveç və Gürcüstanda parlamentin büdcə qərarlarına təsirinin Azərbaycanla müqayisəli təhlilini aparanda öyrəndiklərimdən əslində təəccüblənməmişdim. Amma yenə də faktlar maraq doğurur. Gürcüstanda parlament rəhbərliyi büdcə sənədini ayrı-ayrılıqda hər bir fraksiya ilə müzakirə edir, sahə nazirləri öz xərclərinin hesabatını özləri verir. Özü də Gürcüstnda təkcə illik yox, rüblük büdcə hesabatları da parlamentin ayrı-ayrı komitələrində müzakirədən keçir.  Sonra isə hər komitə ayrılıqda öz rəyini Maliyyə Komitəsinə təqdim edir. Norveçdə qanunverici orqan büdcə işinə o dərəcədə məsuliyyətlə yanaşır ki, il ərzində büdcə ilə bağlı bəzən 80-100 debat təşkil edilir. Elə debatlar olur ki, gün ərzində qısa fasilələrlə 8-9 saat davam edir.

Bunlar öz yerində, 2014-cü ilin büdcə hesabatı ilə bağlı müzakirələrdə parlament üzvlərinin  hökumətdən soruşmalı olduğu xeyli məsələlər vardı. Çünki istər tədqim olunan 3-5 səhifəlik hesabatda cavabı verilməyən sullar həddən artıq çoxdu.  Məsələn, dövlət büdcəsində 300 milyon manatdan artıq kəsirin yarandığı ildə büdcə hesablarının sərbəst qalığı 768 milyon manat necə arta bilər? Bu sual səslənsə də, maliyyə naziri ona cavab verməyib. Amma kiçik bir araşdırma əsasında bu vəsaitin mənbəyi barədə bir ehtimal çıxır ortaya – hökumət 2014-cü ildə daxili və xarici borclanma hesabına dövlət büdcəsinin proqnozlaşdırılan kəsirini (təxminən 1.7 milyard manat) örtmək üçün 1 milyard manat vəsait cəlb edib. Halbuki faktiki kəsr 300 milyon manatdan bir qədər çox olub. Ehtimal ki, kəsiri örtəndən sonra yerdə qalan 700 milyon borc məbləğini ehtiyat vəsait kimi sərbəst büdcə qalığının üzərinə keçiriblər. Əgər belədirsə, borc alıb büdcə üçün ehtiyat yaratmaq təcrübəsi Azərbaycanda ilk dəfə baş verir. Ona görə də növbəti sual budur- bu necə büdcə planlaşdırmasıdır ki, faktiki büdcə kəsiri proqnozdan 5.5 dəfə az olur və faizlə börc götürüb büdcəyə ehtiyat saxlamağın iqtisadi əsaslandırması varmı? Varsa niyə maliyyə naziri büdcəyə nəzarət oraqanına – parlamentə bunun izhahatını verməyə ehtiyac duymur?

Təhsil xərcləri 6 faiz (100 milyon manata yaxın), səhiyyə xərcləri 8.3 faiz (60 milyon manatdan çox), sosial müdafiə xərcləri 5 faiz (100 milyon manatdan çox), kənd təsərrüfatı xərcləri 11 faiz (təxminən 58 milyon manat) ixtisarla icra edilib. Ümumilikdə 300 milyon manatdan çox ixtisarın tətbiq edildiyi bu 4 istiqamətin hər biri stratejidi və onların hər biri üzrə maliyyələşmədə kəskin ixtisar baş verirsə, hesabatda bunun səbəbləri dəqiq göstərilməlidir. Yeri gəlmişkən, əslində müəllimin, həkimin 150-200 manat məvacib aldığı ölkədə bu xərclərin proqnoz göstərici ilə müqayisədə 7-8 faiz  ixtisara məruza qalırsa, həmin sahələr, cəmiyyət bu səviyyədə kəskin ixtisarı hiss etmirsə, bunun çox ciddi səbəbləri var. Ən mühüm səbəb budur ki, xərclər cəmiyyətin və iqtisadiyyatın ehtiyaclılığını ciddi şəkildə nəzərə alınmadan tərtib olunur. Söhbət nədən gedir? Bir anlıq təsəvvür edin ki, təhsildə çox vacib bir proqramın və ya islahat tədbirinin maliyyələşdirilməsi üçün 100 milyon manata yaxın vəsait birdən-birə kəsilir. Bu əvvəlcədən əsaslandırılmış və ciddi planlaşdırılmış tədbir (fəaliyyət) olsa idi, bu qədər xərcin ixtisarı hiss edilməzdimi?

İkinci səbəb xərclərin ünvanlı olmaması ilə bağlıdır. Məsələn, sosial müdafiə xərcləri bilavasitə konkret ehtiyacı olan insanlara, qruplara və proqramlara ünvanlanan xərclərdir. Bu xərclər birdən-birə 100 milyon kəsilir, amma bunun fəasdlarını hiss edən, cəmiyyətə duyuran hansısa sosial qrup olmaya bilərmi? Bu, mümkün deyil. Hansısa əsaslandırılmış sosial proqram, ödənilməli olan sosial vəsaitlər təxirə salınsa idi, bunun ünvanlanıdığı sosial qrup öz maraqlarının müdafiəsinə qalxmalıdır.

Əslində, bu sualların cavabsız qalmasına təəcüblənmək lazım deyil: hökumətin 25 milyard dollarlıq büdcəsinin müzakirəsinə cəmi yarım saat sərf edən parlamentin olduğu ölkədə hətta bu hesabatı təqdim eləməyin özünə belə sevinmək gərəkdir.

Ana səhifəXəbərlərCavabsız suallarla dolu büdcə hesabatı