Caspian Defense: 123 hərbi qulluqçu dünyasını dəyişib

105 nəfər döyüş, 18 nəfər qeyri-döyüş şəraitində həlak olub

Source:
Əsgərlər
Əsgərlər

105 nəfər döyüş, 18 nəfər qeyri-döyüş şəraitində həlak olub

2016-cı ilin ötən dövründə (avqustun 1-dək) Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 123 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 105 nəfəri döyüş, 18 nəfəri isə qeyri-döyüş şəraitində həlak olub.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute – CDSI) Azərbaycanın rəsmi qurumlarının məlumatları və Kütləvi İnformasiya Vasitələri üzərində apardığı monitorinqin nəticələrinə görə,105 hərbi qulluqçu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində, 2 hərbi qulluqçu avtomobil qəzası, 1 əsgər xəstəlik nəticəsində, 5 nəfər intihar , 2 nəfər ehtiyyatsızlıq, 3 nəfər bədbəxt hadisə, 5 nəfər əsgər yoldaşının açdığı atəş, 1 nəfər isə naməlum səbəbdən dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 65 nəfəri əsgər, 17-si müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 12-si gizir, 29-u zabit olub. Onların 122 nəfəri Müdafiə Nazirliyinin, 1-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub.

Ötən dövrdə 53 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. 46 hərbçi Ermənistan tərəfin açdığı atəş nəticəsində yaralanıb, 5 nəfər minaya düşüb. bundan başqa 1 hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, 1 nəfər (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb.

Təşkilat bildirib ki, 2-5 aprel tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı olsa da, bu istiqamətdə hər hansı rəsmi statistika yoxdur.

Aprel ayı ərzində 18 dinc sakin həlak olub, 26 nəfər yaralanıb. Belə ki, Tərtərdə 16 nəfər, Ağdamda 2 dinc sakin qarşı tərəfin açdığı atəş nəticəsində həlak olub. Tərtərdə 7 nəfər, Ağdamda 1 nəfər yaralanıb.

Ana səhifəXəbərlərCaspian Defense: 123 hərbi qulluqçu dünyasını dəyişib