Cahangir Hacıyevin vəkilləri onunla görüşə bilmir

”Bu, həm vəkillərə, həm də Cahangir Hacıyevə təzyiq formasıdır”

Source:


”Bu, həm vəkillərə, həm də Cahangir Hacıyevə təzyiq formasıdır”

“Mən və digər vəkil Aqil Layıcov müvəkkili olduğumuz Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə keçən ayın sonlarından görüşə bilmirik”, – vəkil Fəxrəddin Mehdiyev “Turan”-a belə

deyib

.

Bildirib ki, C.Hacıyevin saxlandığı 13 saylı müəssisədə əvvəllər də vəkillərə müdafiə etdiyi şəxslərlə görüş çətinliyi yaradılırdı:

“Vəkillə məhbusa görüş yeri olmadığını söyləyirdilər və görüş vermirdilər. İndi hər hansı əsas gətirmirlər, sadəcə, görüşə icazə vermirlər”.

F.Mehdiyev deyib ki, bu qanunsuzluqla bağlı Ombudsman Aparatına, Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət ünvanlayıblar. Penitensiar Xidmətdən “görüşə məhdudiyyət qoyula bilməz. Şəxsiyyət vəsiqəsini təqdim edib, görüşə icazə almaq olar”, – cavabını alıb.

Vəkil bildirir ki, bu cavabdan sonra da dəfələrlə görüşə gedib. Ancaq yenə izin ala bilməyib:

“Bu addımlar səbəbsiz deyil. Həm vəkillərə, həm də Cahangir Hacıyevə təzyiq formasıdır”.

Meydan TV iş vaxtı bitdiyindən Penitensiar Xidmətdən münasibət öyrənə bilməyib.

Beynəlxalq Bankın rəhbərliyi 2015-ci ildə vəsaitlərin talanması ilə bağlı həbsə alınıb.  C.Hacıyev və daha 7 nəfər bank məsulu mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətindən sui-istifadə kimi cinayətlərdə ittiham olunublar. C.Hacıyev 15, digərləri isə 11-13 il müddətinə azadlıqdan məhrum ediliblər. Beynəlxalq Bankın bir qrup əməkdaşının məhkəməsi hələ də davam edir.

Ana səhifəXəbərlərCahangir Hacıyevin vəkilləri onunla görüşə bilmir