Çadırda yaşayan Astara sakini kömək istəyir

Astaranın Miki kənd sakini İlhamə Hüseynova ailəsi ilə çadırda yaşayır. Onun evi 2019-cu ildə elektrik qısa qapanması nəticəsində əşyaları ilə birlikdə yanıb. İlhamə icra hakimiyyəti tərəfindən hər qış 12 metrlik “klyonka” ilə təmin edildiyini deyir.

Vətəndaş dövlət qurumlarına xeyli nəticəsiz müraciətlər edib. Hüseynova mövsümlük naringi ağaclarına qulluq etməklə günəmuzd çalışır. Əldə etdiyi vəsait və qonşuların yardımı ilə özünə ev tikmək istəyir. Amma dam örtüyü almağa imkanı yoxdur.

İlhamə deyir ki, iki həftə öncə oğlunu ilanın sancdığı çadırda yaşamaq artıq mümkün deyil.

Ana səhifəVideoÇadırda yaşayan Astara sakini kömək istəyir