Cabbar Cabbarovun şikayəti təmin edilmədi

Vəkil: “Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəm”

Source:


Vəkil: “Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəm”

Fevralın 14-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə “Nardaran məhbusu” kimi tanınan Cabbar Cabbarovun şikayətinə baxılıb.

Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov öz “Facebook” səhifəsində yayıb:

“Cabbar Cabbarovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində həmin idarənin işçiləri tərəfindən işgəncəyə məruz qalması faktı ilə bağlı Baş Prokurorun müavini Rüstəm Usubovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından verilən şikayətin təmin edilməməsi barədə Səbail Rayon Məhkəməsinin 02.02.2017-ci il tarixli qərarından verdiyim apellyasiya şikayətinə baxıldı. Apelyasiya şikayəti təmin edilmədi. Artıq bu ağır işgəncələrdən və onun araşdırılmamasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəm”.

Ana səhifəXəbərlərCabbar Cabbarovun şikayəti təmin edilmədi