BVF: “2023-də ildə dünya iqtisadiyyatının üçdə biri tənəzzülə uğrayacaq”

Foto: Beynəlxalq Valyuta Fondu

“Bu il dünya iqtisadiyyatı üçün çətin il olacaq”

“Hətta böhran təhlükəsi olmayan ölkələr də bunu hiss edəcək”.
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva deyib.
“Bu il dünya iqtisadiyyatı üçün çətin il olacaq. Avropa İttifaqı ölkələrinin yarısı Ukrayna münaqişəsi səbəbindən tənəzzülə doğru gedəcək. Buna səbəb qlobal inkişafın əsas mühərrikləri – ABŞ, Avropa və Çin iqtisadiyyatının artım templərinin yavaşımasıdır. Hətta böhran təhlükəsi olmayan ölkələr də bunu hiss edəcək”, – Fondun direktoru deyib.
O, inflyasiyanın daha uzun müddət davam edəcəyini, lakin 2023-cü ildə tədricən azalacağını və 6,5%-ə çatacağını vurğulayıb.
2022-ci ilin noyabrında Macarıstanın xarici işlər naziri Peter Szijarto ABŞ-ı Avropadakı tənəzzüldən faydalanan ölkə adlandırmışdı.

Ana səhifəXəbərlərBVF: “2023-də ildə dünya iqtisadiyyatının üçdə biri tənəzzülə uğrayacaq”