Bülbülün Şuşadakı ev muzeyində

“Bülbülün heykəli dağıdılıb, muzeydəki hər şey qarət edilib. Niyə bunu digər mədəniyyətlərə edirsiniz?”-, deyə fotoqraf qeyd edib.

Source: Specify Source

“Bülbülün heykəli dağıdılıb, muzeydəki hər şey qarət edilib”

Fransada yaşayan fotoqraf Rza Diqqəti xalq artisti, opera müğənnisi Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) Şuşadakı ev-muzeyindən fotolar yayımlayıb.

img_5979.jpg
Bülbülün ev-muzeyi

Şəkillərdə xanəndənin evinin önündəki büstün dağıdıldığı, otaqların uçurulduğu eksponatların isə qarət olunduğu görünür.

Rza Diqqəti şəkilləri “twitter”

Твиттер

hesabında paylaşaraq, bildirib ki, Şuşa səfəri zamanı Bülbülün ev-muzeyini tapıb, gördükləri onu heyrətləndirib.

img_5980.jpg
Fotoqraf Rza Diqqəti

“Bülbülün heykəli dağıdılıb, muzeydəki hər şey qarət edilib. Niyə bunu digər mədəniyyətlərə edirsiniz?”-, deyə fotoqraf qeyd edib.

Bülbülün Şuşadakı evi iki otaq və eyvandan ibarət olub. Xanəndə həmin evdə doğulub, uşaqlıq illərini keçirib. Muzeydə Bülbülün uşaqlıq fotoları, şəxsi əşyaları, qavalı, 1925-1926-cı illərə aid konsert afişaları, ifaçılıq fəaliyyyətini əsk etdirən bir sıra sənəd və materiallar bir çox eksponatlar saxlanılırdı. Şuşanın işğalı zamanı muzeyin 10 minə yaxın eksponatı məhv edilib.

img_5982.jpg
Bülbülün dağıdılmış abidəsi
img_5978.jpg
Muzeyin əvvəlki durumu
Ana səhifəMədəniyyətBülbülün Şuşadakı ev muzeyində