”Büdcənin iqtisadiyyatın stimullaşdırılmasında rolu zəifləyir”

Nemət Əliyev: ”Dövlət büdcəsinin icrasına saymazyana münasibətin qarşısı qəti şəkildə alınmalıdır”

Source:


Nemət Əliyev: ”Dövlət büdcəsinin icrasına saymazyana münasibətin qarşısı qəti şəkildə alınmalıdır”

“Dövlət büdcəsinin 9 aylıq icrasında 2 milyard manatlıq kəsir əmələ gəlib. Səbəbkarı Dövlət Neft Fondudur.

Çünki Neft Fondu hər aya 634 milyon manat olmaqla dövlət büdcəsinə 9 ay ərzində 5,7 milyard manat ödəmə etməli idi. Lakin bunun 3,3 milyardını ödəyib. Başqa sözlə, büdcəyə 9 ayın əvəzinə 5 ayın pulunu ödəyib. 4 ayın ödəməsini (2,4 milyard) isə gecikdirib. Neft Fondunun öhdəliyi 43 faiz kəsirlə yerinə yetirməsi ucbatından dövlət büdcəsinə daxilolmalarda 16,5 faiz kəsir yaranıb”.

Bu sözləri iqtisadçı Nemət Əliyev öz “Facebook” səhifəsində yazıb.

İqtisadçı deyir ki, büdcəyə daxilolmaların azalması büdcədən maliyyələşmə səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunub. Belə ki, dövlət büdcəsi haqqında qanuna görə, cari ilin sonunadək cəmi 18,5 milyard manatlıq maliyyələşmə həyata keçirilməlidir. Hər aya 1,5 milyard, 9 aya 13,9 milyard düşür. Amma ilin ilk 9 ayında dövlət büdcəsindən faktiki olaraq 10,6 milyard manatlıq maliyyələşmə həyata keçirilib. Deməli, “yanvar-sentyabr” aylarının hesabından 3,3 milyard manatlıq maliyyələşməni həyata keçirmək mümkün olmayıb və burada da 23,7 faiz kəsir əmələ gəlib:

“Unutmaq olmaz ki, vəzifə və öhdəliklərin vaxtlı-vaxtında icra olunmaması səbəbindən dövlət büdcəsinin iqtisadiyyatın stimullaşdırılmasında rolu zəifləyir və bu hesabla mövcud iqtisadi və sosial problemlər daha da böyüyür ki, buna da indiki zamanda heç yol vermək olmaz. Odur ki, dövlət büdcəsinin icrasına saymazyana münasibətin qarşısı qəti şəkildə alınmalıdır. Əks halda, qaş düzəltmək istərkən göz də çıxarılacaq”.

Ana səhifəAnalitika”Büdcənin iqtisadiyyatın stimullaşdırılmasında rolu zəifləyir”