“Bu ilin yanvarında neft sektoru büdcəyə 341.2 milyon manat vergi ödəyib”
“Neftin qiymətinin dövlət büdcəsinə təsiri elə ilk aydaca özünü göstərdi. 2015-ci ilin yanvarında Vergilər Nazirliyinin xəttilə daxilolamalar ötən ilin yanvarına nisbətən 94.5 milyon manat və ya 12.1 faiz azalaraq 685.9 milyon manat təşkil edib”, – bu barədə iqtisadçı ekspert Rövşən Ağayev öz facebook səhifəsində yazıb.
Ekspert bildirib ki, bu azalma neft şirkətlərinin (xarici neft şirkətləri və SOCAR birlikdə) vergi ödənişlərinin 108.3 milyon manat (24.1 faiz) azalması hesabına baş verib:
“Bu ilin yanvarında neft sektoru büdcəyə 341.2 milyon manat vergi ödəyib (ötən ilin yanvarında isə 449.5 milyon manat ödəmişdi). İlk ayın nəticələrinə görə, qeyri-neft sektorunun vergiləri isə təxminən 14 milyon manat artaraq 344.7 milyon manata çatıb. Güründüyü kimi, neft sektorundan itirilən vergilərin təxminən 15 faizini qeyri-neft sektru kompensasiya edə bilib. Bu isə onu göstərir ki, “qeyri-neft sektorunda potensial var, neftdən itkilərin yerini dolduracaq” kimi fikirlər reallığı nəzərə almadan söylənən fikirlərdi”.