“Bu qətlin açılması artıq Azərbaycanın şərəf məsələsidir” (YENİLƏNİB)

Jurnalistlər reportyor Rasim Əliyevin ölüm faktının düzgün araşdırılması və cinayətdə əli olan şəxslərin cəzalandırılması üçün bəyanat yayıblar. Jurnalist Aynur İmranovanın Facebook səhifəsində yayımlanan bəyanata qoşulan jurnalistlərin sayı artır. Meydan TV həmin bəyanatı olduğu kimi dərc edir:

Source:


Jurnalistlər reportyor Rasim Əliyevin ölüm faktının düzgün araşdırılması və cinayətdə əli olan şəxslərin cəzalandırılması üçün bəyanat yayıblar. Jurnalist Aynur İmranovanın Facebook səhifəsində yayımlanan bəyanata qoşulan jurnalistlərin sayı artır. Meydan TV həmin bəyanatı olduğu kimi dərc edir:

“İctimaiyyətə məlumdur ki, bir neçə gün öncə Azərbaycanda növbəti dəfə jurnalist qətli baş verdi. RATİ-nin rəhbəri və uzun illər fotoreportyor kimi çalışan Rasim Əliyev “Qəbələ” FK-nın oyunçusu Cavid Hüseynovla baş verən anlaşılmazlıqdan sonra onun qohumları tərəfindən döyüldü və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişdi.

Çox təəssüf ki, bu günə qədər Azərbaycanda baş verən jurnalist qətlləri açılmamış, hüquqi qiymətini tapmamışdı. Bəlkə də elə bu səbəbdən ölkədə cəzasızlıq prinsipi höküm sürür. Artıq vəziyyət o qədər bərbad hala düşüb ki, nəinki məmurlar, adı qulağına dəyən hər kəs jurnalistlə zor yolu ilə hesablaşacağından və buna görə cəza almayacağından əmindir.

Məlumdur ki, nə evinin girişində güllələnərək öldürülən “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qatili, nə beyin qansızmasından dünyasını dəyişən “Yeni Müsavat” qəzetinin foto müxbiri Alim Kazımovun ölümünə səbəb olan polis rəisi (Alim Kazımov özü bildirmişdi ki, onu Nərimanov Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsində, şöbənin rəisi telefonun dəstəyi ilə başına dəfələrlə döyərək xəsarət yetirmişdi), nə Rafiq Tağını bıçaqlayan qatili cəzasına catmamıışdı. Bura döyülən və təhqir olunan jurnalistlərin siyahısını da əlavə etsək, geniş bir hesabat alınar. Və “bu hesabat hal-hazırkı Azərbaycanın görüntüsüdür” desək, yanılmarıq.

Əslində RATİ rəhbəri Rasim Əliyevin qətlində yuxarıdakı jurnalsiit ölümlərindən fərqi var, bu işdə hər şey gün kimi aydındır. Əgər yuxarıda qeyd etdiyimiz qətllərdə bəhanə gəitirlirdisə ki, qatillər müəyyənləşdirilə bilmədi, Rasimin döyülməsinin video görüntüləri, telefon danışıqları, mesajları var və məsələ yetərincə aydındır. Mərhumun dünyasını dəyişmədən öncə verdiyi son video müsahibələr də qatillərin cəzalandırılması üçün yetərli dəlildir.

Amma təəssüf ki, biz bu qədər aydın məsələdə suyun bulandırılmağa çalışıldığını, hədəfin israrla Cavid Hüseynovun üzərindən yayındırıldığını görürük. Hətta bəzi “həmkarlarımız” da onun zaminə buraxılması üçün müraciət ünvanlayıblar. Həm də demokratik hüquqi dövlətdə həbs qəti imkan tədbirinin dəyişdirilməsinə məsul olan məhkəmələrə deyil, məhz Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər. Görünür Rasim Əliyevin qətlinin istintaqının Prezident tərəfindən nəzarətə götürülməsi bəzi dairələri narahat edir və onların sifarişi ilə hərəkət edənlər bir insanın faciəsi üzərindən oyun oynamağa davam edirlər. Yoxsa Cavid Hüseynovun şəhid atasına hörmət edənlər, yeganə oğlan övladını “harınlamış təpiklərə” qurban verən Rasim Əliyevin ata-anasına niyə hörmət eləməsinlər ki? Yaxşı futbolçunun karyerasını düşünənlər, yaxşı bir jurnalistin, tərbiyəli və nümunəvi bir vətəndaşın arxada gözü yaşlı nişanlısını qoyaraq gənc yaşında dünyasını dəyişməsindən niyə narahat olmasınlar?

Biz müstəqil jurnalistlər olaraq ictimaiyyətə, Rasim Əliyevin qətlində günahkar olanlara, istintaq orqanlarına və istintaqı şəxsən nəzarətə götürmüş Azərbaycan respublikasının Prezidentinə müraciət edirik. Həmkarımızın ölümü üzərindən oynanan oyunlardan narahatıq və buna etiraz edirik. Tez bir zamanda Rasim Əliyevin döyülməsində iştirak edənlərin, xəstəxanada səhlənkarlığa yol vermiş həkimlərin, Rasim Əliyevin müraciətlərinə baxmayaraq hadisəyə hüquqi qiymət vermək üçün gec gələn hüquq mühafizə orqanlarının əməkdaşlarının müəyyənləşdirilməsini və cəzalandırılmasını tələb edirik. Biz jurnalistlər olaraq da məsələnin gündəmdən düşməməsi, hədəfin yayındırılmaması üçün əlimizdən gələni edəcəyik.

Bu qətlin açılması artıq Azərbaycanın şərəf məsələsidir. Azərbaycanın istintaq orqanları göstərməlidirlər ki, Azərbaycan bir “güc” və “zor” aparati deyil, məhz hüquq dövlətidir. Və burda kimliyindən asılı olmayaraq heç bir cinayətkar cəzasız qalmayacaq!


Bəyanatı imzalayanların siyahısı:

1. Aynur Elgünəş
2. Aynur İmranova
3. İlqar Vəliyev
4. Bəkir Nərimanoğlu
5. Xəyal Əzizov
6. İsmi Şahzadə
7. Ülviyyə Axundova
8. Samirə Əhmədbəyli
9. Təzəxan Mirələmli
10. Elnarə Kərimova
11. Qadir İbrahimli
12. Rəşad Babalı
13. Nazlı Ağayeva
14. Məhəmməd Türkmən
15. Amal Abuşov
16. Mehman Hüseynov
17. Pərviz Əzimov
18. Ülviyyə Əli
19. Ramin Deko
20. Tatyana Kryuçkina
21. Fərqanə Novruzova
22. İlkin Muradov
23. İlkin Pirəli
24. Aygün Səfərli
25. Aysel Umudova
26. İzolda Ağayeva
27. Vidadi Məmmədov
28. Elkin Xəlilov
29. Natiq Ədilov
30. Aytac Əhmədova
31. Fəridə Əliyeva
32. Anar Əsədli
33. Orxan Əzim
34. Cavid Abdullayev
35. Zamin Hacı
36. İdrak Abbasov
37. Elxan Xanəlizadə
38. İsmayıl Nur
39. Rəşad Müseyibzadə
40. Şəmşad Ağa
41. Orxan Məmməd
42. Mirzə Xəzər
43. Araz Bayramov
44. Elşən Balaxanski
45. Alya Yaqublu 46.
Rövşən Hacıyev
47. Ağa Cəfərli
48. Yeganə Abbasova
49. Nicat Məiroaslanov
50. Elmin Həsənli
51. İslam Şıxəli
52. Elvar Salah
53. Mirələm Həşimov
54. Etimad Qurbanov
55. Xatun Əliyeva
56. Tural Hüseyn
57. Samir Mirzə
58. Seymur Kazımov
59. Natiq Cavadlı
60. Emin Əhmədbəyov
61. Faiq Rəsulzadə
62. Ayəndə Mürsəliyeva
63.İlkin Əli Məmmədli
64.Elçin Məmməd
65.Elçin Həsənli

Ana səhifəXəbərlər“Bu qətlin açılması artıq Azərbaycanın şərəf məsələsidir” (YENİLƏNİB)