”Bu, necə sosial büdcədir?”

Deputat vurğulayıb ki, neftin qiyməti daha çox iqtisadi faktorlardan deyil, siyasi faktorlardan asılıdır və mümkün risklərdən qorunmaq, büdcə xərclərinin azalması üçün bir çox sahələrdə özəlləməyə ehtiyac var:

Source:


Qüdrət Həsənquliyev: ''Səhiyyə, təhsil və sosial təminata xərcələnən vəsait tikintiyə ayırmanın 50 faizi deyil''

“Hökumət uşaqpullarını verilməsi, əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı ciddi qərarlar qəbul eləməlidir. Hesabatla tanış olanda bəzi rəqəmlər mənə inandırıcı gəlmədi. Düşünmürəm ki, vətəndaşlarımız da bu rəqəmə inansınlar”.

Deputat Qüsrət Həsənquliyev “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı belə deyib.

O, xüsusilə də infilyasiya ilə bağlı rəqəmlərin inandırıcı olmadığını bildirib:

“Məsələn istehlak qiymətinin indeksi inflyasiya 2,3 faiz təşkil edib. Ümumilikdə qeyd olunur ki, məhsulların və xidmətlərin qiyməti 10, 6 faiz bənd azalıb. Yəni bunu yazanlar ya özləri bazara getmirlər, ya da bazara gedənlərdən bu barədə obyektiv məlumat almırlar”.

Deputat deyib ki, hesabatda tikintidən gələn gəlirlər 137 milyon, ticarətdən gələn gəlirlər 61 milyon manat təşkil etdiyi qeyd edilib:

“Amma qeyri-neft sektorunda olan istehsal və emal müəssisələrinin ödədiyi vergilər nə qədər gəlir gəlib, bu barədə konktret rəqəmlər yoxdur. Yaxud qeyri-neft sektoruna, yeni istehsal və emal müəssisələrinin yaradılmasına nə qədər investisiya qoylub, nə qədər güzəştli kreditlər verilib, sahibkarlar tərəfindən nə qədər investisiya yatırılıb, bu barədə də məlumat yoxdur”.

Deputat tikinti sektoruna büdcənin təxminən üçdə birinin ayrıldığını diqqətə çatdırıb:

“Tikinti sektoruna 5 milyard xərclənib, 2 milyard 235 milyon manat xarici borc qaytarılıb və bu borclar da əsasən tikintiyə xərclənib. Bundan başqa, Prezidentin Ehtiyat Fondundan 301 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan 464 milyon manat xərclənib ki, bunlar da əsasən tikinti ilə bağlıdır. Beləliklə, 2018-ci ildə 23 milyard 100 milyonluq büdcənin tikinti ilə bağlı xərclərinin həcmi 8 milyard 100 milyon manata gəlib çıxıb”.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev

Q.Həsənquliyev bildirib ki, təhsilə 2 milyard 12 milyon, səhiyyəyə 732 milyon, sosial təminat üçün 1 milyard 300 milyon, elmə isə 122 milyon manat xərclənib. Bütün bunların hamısı ümumilikdə tikintiyə xərclənən vəsaitin 50 faizini təşkil etmir:

“Onda necə demək olar ki, büdcə sosialyönümlüdür? Mən bu rəqəmləri niyə xatırladıram? Ona görə xatırladıram ki, artıq 2020-ci ilin dövlət büdcəsinin üzərində iş gedir. Hökumət uşaqpullarını verilməsi, əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı ciddi qərarlar qəbul eləməlidir”.

Deputat vurğulayıb ki, neftin qiyməti daha çox iqtisadi faktorlardan deyil, siyasi faktorlardan asılıdır və mümkün risklərdən qorunmaq, büdcə xərclərinin azalması üçün bir çox sahələrdə özəlləməyə ehtiyac var:

“Əgər neftin qiyməti aşağı düşsə, manatın kursunu indiki kimi saxlamaq mümkün olmayacaq, devalvasiya qaçılmaz olacaq, ölkəmiz ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq. Görün nə qədər səhmdar cəmiyyətlər var və bunlar 3 milyonluq proqnozu cəmi 50 faiz yerinə yetirirlər. Bunları dövlət niyə özəlləşdirmir, niyə bunları dövlət mülkiyyətində saxlayırıq?”

Ana səhifəXəbərlər”Bu, necə sosial büdcədir?”