Bu il əkin sahələri 2 faiz azalıb

Kənd Təsərrüfatı Nazirliyi azalmanı əlverişsiz hava şəraiti ilə əlaqələndirir

Source:

Kənd Təsərrüfatı Nazirliyi azalmanı əlverişsiz hava şəraiti ilə əlaqələndirir

Kənd Təsərrüfatı Nazirliyi yazlıq əkin sahələri barədə statistik məlumatı açıqlayıb. Bu il əkin sahələri 2 faiz (7 min ha) azalıb. Azalma əlverişsiz hava şəraiti ilə yanaşı, bir sıra texniki bitkilərin (tütün, pambıq) rentabelli olmaması ilə bağlıdır.

Mütəxəssisələr dövlətin fermerlərə verdiyi subsidiyalara nəzarətin gücləndirməsi ilə bağlı uçotun qaydaya düşməsini də qeyd edirlər. Apreldə Kənd Təsərrüfatı Subsidiyaları üzrə Respublika Komissiyası bu subsidiyaların təyinatı üzrə istifadəsini analiz etməyə başlayıb. İmişlidə keçirilən monitorinqdə mənfi hallar aşkarlanıb və materiallar Baş Prokurorluğa göndərilib, deyə Kənd Təsərrüfatı Nazirliyi iyunun 9-da məlumat yayıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, dənli və dənli-paxlalı bitkilər üçün (qarğıdalı istisna) bu il 26,6 min ha ayrılıb. Bu, ötən ilin eyni dövründəkindən 13 faiz azdır. Bu il 36,2 min ha sahədən qarğıdalı yığılacaq. Qarğıdalı sahələri 2,5 faiz azalıb.

Qiymət baha olsa da, bu il kartof sahələri 61 523 ha olub. Bu, ötən ilin eyni dövründəkindən 3119 ha və ya 4,8 faiz azdır. Tərəvəz sahələri (-1,6 faiz) , qarpız və qovun (-3,7 faiz) sahələri də azalıb. KTN-in məlumatına görə, bu il 73,3 min ha sahədə tərəvəz, 26,7 min ha sahədə bostan bitkiləri əkilib.

2007-ci ildən tütünçülükdə azalma var: 2007-2013-cü illərdə tütün sahələri 1,1-1,5 min ha olub. Bu il 1107 ha sahədə tütün əkilib. Bu, ötən ilin eyni dövründəkindən 99 ha (-8,2 faiz) azdır. Azərbaycanda tütün becərilməsi ilə əsasən “İnter Tobakko” MMC məşğul olur.

Ana səhifəXəbərlərBu il əkin sahələri 2 faiz azalıb