Bu il 110 jurnalist öldürülüb

“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı hesabat yayıb

Source:

“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı hesabat yayıb

Bu il öz peşə vəzifəsini yerinə yetirərkən azı 67 jurnalist həlak olub.

Bu haqda “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının illik hesbatında bildirilib.

Hesabatda qeyd olunub ki, 2015-ci ildə dünyanın müxtəlif ölkələrində 110 jurnalist həlak olub. 67 jurnalist öz peşə vəzifəsinin icra edərkən öldürülüb, 43 media təmsilçisinin isə ölümünün səbəbləri məlum deyil.

Təşkilat hesab edir ki, jurnalistlər üçün ən təhlükəli ölkə Suriya və İraqdır. 2015-ci ildə bu iki ölkədə 9 jurnalist öz peşə vəzifəsini yerinə yetirərkən öldürülüb.

Məlumata görə, hazırda 54 jurnalist terrorçu qruplaşmaların əlində girovdur. (Report.az)

Ana səhifəXəbərlərBu il 110 jurnalist öldürülüb