Bu gün ölkədə koronavirusdan ölən olmayıb

“Bugünkü test sayı isə 6174-dür”.

Source: Reuters


139 adam virusa yoluxub

Avqustun 20-də Azərbaycanda COVİD-19 infeksiyasından ölüm faktı qeydə alınmayıb. Ancaq 139 adam yeni koronavirusa yoluxub, 148 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda indiyə qədər 34 min 759 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 32 min 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər ölüb. Aktiv xəstə sayı 1738 nəfərdir.

Eyni zamanda, ötən müddətdə 855 min 802 testin aparıldığı qeyd olunub:

“Bugünkü test sayı isə 6174-dür”.

Ana səhifəSosialBu gün ölkədə koronavirusdan ölən olmayıb